Əfqan Nifti: “Ermənistan tərəfinin qəsdən və niyyətli olaraq ərazilərin yaşanılmaz hala gətirilməsi gördük”

İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər
Aİ Qafqaz və Mərkəzi Asiyanın Avropa ilə bağlantısı üçün Orta Dəhlizin inkişafına 12 milyard avro ayıracaq

“Amerikada olanda məlumatlıydıq ki, işğaldan azad olunmuş ərazilərdə ciddi dağıntılar var”.

Bunu ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru Əfqan Nifti Ağdama səfərin yekunları ilə bağlı jurnalistlərə deyib.

O bildirib ki, 30 illik işğal ərzində ərazilər yaşanılmaz hala gətirilib: “Biz bunu öz gözləirmizlə görmək istədik. Ağdamda bir neçə yerə getdik. Ağdam məscidini ziyarət etdik, İmarət qəbiristanlığını görmək şansımız oldu, digər yerləri gördük. Burada qəsdən və niyyətli olaraq ərazilərin yaşanılmaz hala gətirilməsi üçün Ermənistan tərəfinin addımlar atdığını gördük”.

Ə. Nifti deyib ki, bunlar ciddi problemlədir: “Mənə elə gəlir ki, bunu dünya ictimaiyyətinin bilməsi çox vacibdir. Səfərimizdə də bunu aydın şəkildə gördük, eyni zamanda, lentə aldıq. Amerikaya qayıtdığımız zaman tərəfdaşlarımıza da bununla bağlı məlumat verəcəyik. Onların da bu məsələ ilə bağlı məlumatlı olması çox vacibdir”.

O qeyd edib ki, eyni zamanda, Ermənistan və Azərbaycan arasında daimi sülhün bərqərar olmasını da istəyirlər: “Bunun üçün regionda lazımi şərait yaranıb və status-kvo dəyişib. Ümid edirik ki, bu, mümkün olacaq”.

APA