“Əhaliyə səyyar hüquqi yardım” layihəsi həyata keçirilir

Azərbaycan ilə Serbiya arasında siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb
Mərkəzi Seçki Komissiyasının sədri referendumun ilkin nəticələrini açıqlayıb
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupunun “httr://www.humanrights-jwg.org” “Qaynar xətt” xidməti regionlardan daxil olan şikayətlərin çoxluğunu, habelə bu yaşayış məntəqələrində yaşayan aztəminatlı və hüququ pozulmuş əhalinin paytaxta gələ bilməməsini nəzərə alaraq yanvar-mart aylarında respublikanın bir sıra regionlarında “Əhaliyə səyyar hüquqi yardım” layihəsini həyata keçirir. Qeyd olunan layihənin əsas məqsədi bölgələrdə insan hüquqlarının öyrənilməsi və vətəndaşların mülki və əmək, sosial və korrupsiya faktları üzrə şikayətlərinin araşdırılaraq həllinə nail olmaqdır.
Layihə çərçivəsində “”Qaynar xətt” xidməti əməkdaşları 13 fevral tarixində saat 10:00 etibarən
Cəlilabad rayonunda vətəndaşların ərizə və şikayətlərinin qəbulu keçirilməli idi. Lakin Cəlilabad Rayon İcra stukturlarının yaratdığı süni maneələr nəticəsində əməkdaşların fəaliyyəti 13:00-da dayandırılıb. Xüsusən Başçının köməkçisi Malik Şərbətov tərəfindən istiqamətlənən təyziqlər günün sonunadək davam edib.
Baş vermiş hadisə ilə bağlı ətraflı məlumat əməkdaşlar tərəfindən 16 fevral, saat 12:00-da Trend Xəbərlər Şirkətində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupu