14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 2,5 milyon sərnişinə xidmət göstərib
Bakıda “ADEX-2018” sərgisi keçirilir
Elmar Məmmədyarov Avropa İttifaqının rəhbərliyi ilə danışıqlar üçün Brüsselə gedir

Aprelin 1-dən bır sıra sosial müavinətlər və Prezident təqaüdləri artırılır. Həmçinin ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri təsis edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Eyni zamanda, 2 kateqoriya üzrə yeni Prezident təqaüdləri də təsis edilir.

Həmin kateqoriyalar üzrə müavinət və təqaüdlərin bu aydan etibarən müəyyən olunan məbləği barədə cədvəli təqdim edirik.