2009-cu il bələdiyyələrə nə verdi?

AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü
AVCİYA-nın təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş dəyirmi masa keçirib
AVCİYA seçkilərə kömək məqsədilə maarifçilik təbliğatını davam etdirir

Səlahiyyətsiz bələdiyyələrə əlavə səlahiyyətlər….
Bələdiyyələrin onillik fəaliyyəti tamam olur. Ötən on ildə bələdiyyələrin fəaliyyətinin təhlili göstərir ki, bu orqanlar heç də on ili hədər yerə verməyiblər. İlk öncə ictimaiyyətdə müəyyən mənada nüfuz qazanmış və özlərini bir struktur olaraq təsdiq etmişlər. Bu məqam yerli orqanların uğuru kimi də qəbul edilə bilər.
Ancaq apardığımız təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyəti və onların iqtisadi inkişafı, habelə yerli əhaliyə verdikləri xeyri bundan 10 qat artıq ola bilərdi…..
Söz yox ki, yüksək nüfuz sahibi olmamalarına bir səbəb də məhz bu oqranlarda çalışanların təcrübəsizliyi olub. Lakin əsas və başlıca səbəb icra strukuturlarının yerli orqanlara qarşı tutduqları birtərəfli mövqe olubdur, desək bəlkə yanılmarıq.
Bu gün 62% bələdiyyənin özünə məxsus inzibati binası yoxdursa, cəmi 1,3%-nin internet resursu varsa, hərracla bağlı çoxsaylı ciddi problemlərlə üzləşirlərsə, maliyyəsizlikdən aylarla əməkhaqqı ala bilmirlərləsə, qanunun verdiyi imkanı yerli icra strukturu məhdudlaşdırırsa, onda bələdiyyə sisteminin problemlərini sözsüz ki, bir günə həll etmək mümkün deyil….
Cari ildə yadda qalan məsələlərə toxunaq.
2009-cu ildə bələdiyyələrin birləşdirilməsi həyata keçirildi. Daha doğrusu rəsmiləşdi. Nəticədə bələdiyyələri sayı 2757 dən 1718 salındı. Və hazırda 1718 bələdiyyəyə seçkilər keçiriləcək. Bu isə söz yox ki, vətəndaş cəmiyyətinin mütəmadi olaraq qaldırdığı bir məsələyə dövlətin tez bir zaman kəsiyində diqqət yetirməsi alqışa layiq addım kimi saymaq olar. Bir sıra hüquqi sənədlərdə “Mənzil məcəlləsində”, “Təhsil haqqında”, o cümlədən “Bədən tərbiyəsi” haqqında qanunlarda bələdiyyələrin üzərinə müəyyən məsuliyyət yükünün qoyulması bu qurumlara olan diqqətdən xəbər verir. Bu məsələnin yaxşı tərəfi kimi qeyd edilməlidir. Artıq bələdiyyə mənzil fondu yarada bilər, təhsil müəssisəsinə fəaliyyətini diqqətdə saxlaya bilər. Maraqlısı isə odur ki, bu prosesləri, yəni məktəbi və ya mənzil fondunu bələdiyyə hansı maliyyə hesabına həyata keçirə biləcək. Bir bələdiyyənin ki, aylıq büdcə gəliri hazırda orta hesabla təxminən 1352 manata bərabərdirsə, 1533 kənd bələdiyyəsinin orta ayliq büdcə gəliri 400 manata çatmırsa, bu vəsaitlə məktəb tikmək gülünc görsənir.
Bundan əlavə icra strukuturları rəsmilərinin bələdiyyələri üzərilərinə düşən vəzifəni yerinə yetirə bilmədikəri barədə bir ağızdan deməsi də məntiqli görünmür. Hər dəfə bələdiyyələri qeyri şəffaf olmaqda, korrupsiyaya qurşanmaqda günahlandırmaq bir çox hallarda yersiz təkrarçılıqdan başqa bir şey deyil. Baxmayaraq ki, bu günədək 25 bələdiyyə sədri cinayət məsuliyyətinə, 400 bələdiyyə sədrinə qarşı inzibati məsuliyyətinə cəlb edilib. Hər halda bələdiyyə sədrlərinin özbaşına addımlarının heç kim inkar edə bilməz və belə hallar istər Baki bələdiyyəri arasında, istərəsə də region bələdiyyələri arasında təsadüf olunur. Ancaq əksər bələdiyyə sədrləri bu cinayəti heç də sərbəst və öz başına etmirlər. Onlar bilavasitə bunu icra strukturlarının yaxından iştirakı və ya təhriki ilə həyata keçirir və nəticədə dəmir barmaqlıqlar arasına düşürlər. Bu proseslərin əksəriyyəti məhz torpaq satışındakı neqativ halların mövcudluğu ilə bağlıdır. Sözügedən məsələyə bir qədər geniş toxunmaq istərdik. Bələdiyyə sədri öz səlahiyyətindən istifadə netməklə çoxsaylı torpaq sahələrinin şəkinmədən oz adına sənədləşdirirsə buna nə ad vermək olar? Belə məqamlardan yəqinki RİH-lərində xəbəri yoxdur. Ancaq bütün bunlar rəsmilərə əsas vermir ki bitərəfli qaydada bütün sistemi tənqid atəşinə tutsunlar. Bu gün bələdiyyə büdcəsinin 70-75 % məhz torpaqla baglı aparılan əməliyyatlardan daxil olur. Neqativ hallarında baş verməsinin bir səbəbi də məhz maliyyənin biristiqmətli olmasıdır. Baxmayaraq ki, qanunda onadək maliyyə istiqaməti göstərilib.
Bu istiqamətdə mövcud vəziyyəti bir qədər ətraflı diqqətə çatdıqmaq istərdik.
1) Respublikada torpaq fondunun 23 faizədək hissəsi bələdiyyələrin səlahiyyətinə verilib. Ancaq komitə rəsmiləri torpagın bələdiyyələrin mülkiyyətinə verildiyini bildirsələrdə, faktik olaraq ilkin dövrdə çizgilərlə verilmiş və orta hesabla götürdükdə 40-45 faiz bələdiyyə qurumu hələlik torpaq mülkiyyətinə sahib deyillər. Və ümumiyyətlə ucqar rayon bələdiyyələri çıxılmaqla strateji görünən torpaqların mülkiyyət hüququ hələlik bələdiyyədə deyil.
Ölkənin vahid torpaq fondunun 4,92 milyon hektarı (56,92 faizi) dövlət mülkiyyətində qalmış, 2,05 milyon hektarı (23,6 faiz) bələdiyyə mülkiyyətində saxlanılmış və 1,67 milyon hektarı (19,38 faiz) isə xüsusi mülkiyyətə verilmişdir. Ən qiymətli kənd təsərrüfatı torpaqları (3,62 mln. ha) 1930-cu illərdən kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin daimi istifadəsində olmuşdur. Məhz bu torpaqlar torpaq islahatına cəlb olunmuş və onun 46,31 faizi, o cümlədən əkin sahələrinin 76,51 faizi, çoxillik əkmələrin 58,2 faizi, biçənəklərin isə 70,32 faizi vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir.
2) Bakı bələdiyyələrinə torpaqların mülkiyyətə verilməsi hələ də sual altındadır. Belə ki onların heç birində torpaq fondu yoxdur. Və süni şəkildə elə bir şərait yaradılıb ki, bələdiyyələrin bəziləri qanunsuz torpaq satmağa məcbur edilirlər.
3) DTXK-nın yaratdığı hərrac komissiyalarının tərkibinə vətəndaş cəmiyyətinin təmsilçilərinin salınmaması maraq doğuran faktdır. Ümumiyyətlə, bu komissiyalar hansı şərtlər əsasında formalaşması da sual altındadır. Komissiyada bütün rayon bələdiyyələrinin bir şəhər bələdiyyə sədrinin təmsil etməsi də obyektivlikdən kənardır.
4) Hazırki vəziyyət ondan ibarətdir ki, hərra prosesin özündə çox ciddi problemlər var bürokratik hallar elə vəziyyət yaradıb ki, vətəndaş bələdəyyə ilə birlikdə öz şəhadətnaməsini alınca aylarla get gələ düşür.
Göründüyü kimi, bələdiyyələrin fəaliyyətinin bəzi məqamlarına toxunduq. Vəziyyətdən çıxış yolu kimi nəyi təklif edərdik
1. Qanunvericiliyin təkmilləşdirilməsi surətləndirilsin
2. Bələdiyyə və icra strukurlarının səalhiyyət bölgüsünü özündə müəyyən edən qanun layihəsi müzakirəyə cıxarılsın.
3. Bələdiyyələrin səlahiyyət dairəsi və maliyyə istiqamətləri qanunla genişləndirilsin.
4. Yerlərdə paralellik aradan qaldırılsın və MİS adlandırdığımız qurumların səlahiyyəti bələdiyyələrə verilsin
5. Bələdiyyə qanunlarının icrasına nəzarət artırılsın. Belə olan halıda RİH-lər bələdiyyələrin səlahiyyətlərini istənilən halda məhdudlaşdıra bilməyəcək.
6. Hərrac prosesində bir pəncərə sisteminin tətbiq edilməsin.Söz yox ki, prosesin tətbiqi mövcud narazılığın aradan qalxmasına səbəb ola bilər.
P.S. Əlavə edim ki, bu ildə Baki mersiz qaldı. Amma inanmaq istərdik bütün sivil dövlətlərdə olduğu kimi 2010 parlament seçkiləri dövrü məhz mer seçkisinin şahidi olacagıq.

Vüqar Tofiqli

Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının eksperti