AVCİYA və “Els” Müstəqil Araşdırmalar Mərkəzi birgə seçki tədqiqatlarına start verib

AVCİYA və ELS bələdiyyə seçkilərinin baş tutduğunu açıqlayıb
AVCİYA yeni layihəyə başlayır
“Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb

AVCİYA və “Els” Müstəqil Araşdırmalar Mərkəzi birgə seçki tədqiqatlarına start verib. Qeyd edək ki, müşahidə missiyası 49 dairədə 1600 məntəqəni əhatə etməklə həyata keçirilir. Exit-poll tədqiqatı isə 8 bələdiyyə ərazisini əhatə edən 17 dairənin 222 məntəqəsini əhatə edir. Exit-poll keçirilən bələdiyyələr sırasına Bakı ilə yanaşı, Gəncə, Xaçmaz və Şirvan şəhərlərin də fəaliyyətdə olan yerli orqanlar daxildir.
Xatırladaq ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə bələdiyyə seçkiləri ilə əlaqədar olaraq birgə exit-poll keçirtmək üçün dekabrın 8-də Azərbaycanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzini (MAM) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını qeydiyyata alıb.
Seçici fəalllığı ilkə baglı məlumatlar isə 3 saat dan bir elan olunacaq.
Seçki prosesinin ilkin yekunlarına həsr olunana mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub. Tədbir “TREND” Xəbərlər Şirkətinin Mətbuat mərkəzində dekabrın 24 saat 12-00 baş tutacaq.
Tədbirə KİV, QHT, müstəqil ekspertlər və Beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinin təmsilçiləri dəvətlidirlər.

AVCIYA-nın Mətbuat xidməti

23/12/2009