AVCİYA məktəblilər və məktəb psixoloqları üçün təlimlərə başladı

Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
AVCİYA-nın vitse-prezidenti professor Asif Hacıyev Rusiya Federasiyasında keçirilən beynəlxalq tədbirdə çıxış etmişdir
Tarif Şurası bəzi məhsulların qiymətinin dəyişməsi ilə bağlı qərar qəbul edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Orta məktəb şagirdləri və psixoloqları üçün təlimlərin təşkili” layihəsinin icrasına başladı. AVCİYA bu layihə ilə məktəblilərin psixoloji reabilitasiyasını, onlara psixologiya elminin predmeti və vəzifələrinin çatdırılmasını, məktəblərdə psixoloqların rolunun artırılmasını, məktəblilərdə özünüdərkin inkişaf etdirilməsi, onların fərdi xüsusiyyət və keyfiyyətlərini ifadə etmələrinə şərait yaradılmasını planlaşdırır.

Bu məqsədlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən orta məktəblərdə təhsil alan ümumilikdə 400 məktəbli, eləcə də məktəb psixoloqları üçün təlimlər keçiriləcəkdir. Təlimlərdə  “psixologiya elmi nəyi öyrənir və psixi proseslər haqqında anlayış”, “mən dünyanı necə dərk edirəm, hisslər və onların əhəmiyyəti,  ünsiyyət zamanı mimika və pantomimika, ünsiyyət və ona olan ehtiyac, ünsiyyət və münaqişə”, “mən kimdir? Fərdi və şəxsiyyət, temperament və xarakter”, “qabilliyyətlərim, şəxsiyyət, fərd, fərdi xüsusiyyətlər nədir?”, “uşaq və yeniyetmələrin əsas psixoloji problemləri, özünüaktuallaşdırma, stress, depressiya, aqressiya, psixoloji tənhalıq” və sair bu kimi mühüm mövzular, habelə təhsilin insan həyatında rolu, təhsilə marağın vacibliyi məsələləri müzakirə ediləcək.Təlimlərdə qrup işi, əqli həmlə, mini mühazirə, müxtəlif psixoloji çalışmalar, rol oyunları kimi metodlardan istifadə ediləcəkdir.

 

 

MƏTBUAT XİDMƏTİ

31.05.2018