Avropa Komissiyasının (AK) və Consumer İnternational (Cİ, Böyükbritaniya) təşkilatının dəstəyi, Azad İstehlakçılar Birliyinin (AİB) təşkilatçılığı ilə konfrans keçirilir.

«Forumun məqsədi ölkədə söz və ifadə azadlığı ilə əlaqədar problemlərin müzakirəsidir»
“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb
AVCİYA Zəngilanın işğalının ildönümü ilə bağlı “Dəyirmi masa” təşkil etdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) yarandığı gündən Azərbaycanda keçirilmiş bütün seçkilərdə aktiv iştirak edib və obyektiv münasibətini bildirib. Eyni zamanda AVCİYA mütəmadi olaraq müxtəlif mövzularda (İnsan haqları, söz və mətbuat azadlığı, iqtisadi inkişaf və s.) beynəlxalq konfranslar keçirib.
Bu ilki parlament seçkilərində AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun qazandığı parlaq qələbə bəzi cılız hisslərlə yaşayan, dələduz insanların qısqanclığına və üzdəniraq yazılara səbəb olmuşdur.
AVCİYA olaraq biz bu cür uydurma və böhtanlarla dolu qərəzli yazıları Azərbaycan mühitində təbii hal kimi dəyərləndiririk. Bəzi beynəlxalq təşkilatlar belə böhtançıların cəzalandırılmaları faktlarından Azərbaycana qarşı təzyiq metodu kimi istifadə etdiklərindən bu təəssüf doğuran əməllərə əhəmiyyət vermirik.