30 ölkə prezidentlərin idarəetmə müddəti formatlarını bu və ya digər formada nəzərdən keçiriblər

İran-Azərbaycan münasibətləri sürətlə inkişaf edir
“Bakı – qəhrəman şəhərdir”
Xocalı soyqırımının tanınmasını və günahkarların cəzalandırılmasını gözləyirik

Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev ilə Trend News – un müsahibəsi
– Azərbaycan Konstitusiyasına edilən dəyişiklikləri ölkədə demokratiyanın inkişafı nöqteyi-nəzərindən nə dərəcədə uğurlu hesab etmək olar?
– Mən birmənalı şəkildə əminəm ki, ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişikliklər mühüm və olduqca zəruri addımdır. Mən buna milli-dövlət sisteminin ümumi matritsasına qoyulmuş bir antiböhran elementi kimi baxıram, bu element, həmin sistemə dünyanın müasir inkişaf mərhələlərindəki nöqsanlara qarşı immunitet və dözümlülük vermək üçün nəzərdə tutulub. Sivilizasiyanın isə heç də yaxşı dönəmlər yaşamadığını sübut etməyə ehtiyac yoxdur.
– Lakin bir sıra beynəlxalq institutlar, yumşaq desək, bu ideyaya bədbin yanaşırlar. Sizcə, buna səbəb nədir?
– Bunun bir çox səbəbi ola bilər. Ən qəribəsi də odur ki, Azərbaycanın uğurları, ölkəmiz bütün fəaliyyət istiqamətlərində dünyanın «demokratik sindikat»ının tövsiyələrinə əks getdiyi bir zamanda qazanılıb. Mən dünyanın «demokratik oliqarxiyası»nın gecə-gündüz, tamamilə təmənnasız və alturist şəkildə Azərbaycan xalqının taleyi və rifahı barədə düşünməsinə şübhə etmirəm. Lakin belə alınıb ki, şəxsi düşüncələrimiz sayəsində biz özümüz müvəffəqiyyətə nail olmuşuq.
Bütün sağlam düşüncəli insanlara aydındır ki, hər bir ölkədə demokratiyanın inkişafı tamamilə nadir, ekskluziv mahiyyət daşıyır. Misal üçün, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə və ya Malayziyanın keçdiyi yolu riyazi dəqiqliklə təkrarlamaq mümkün deyil – bu ölkələr öz yollarını tapıb, bu yolu keçiblər və heç kimin bizdən kor-təbii şəkildə bunu təkrarlamağı tələb etməyə haqqı yoxdur. Bu gün bizə nəyin lazım olduğunu bilmək üçün Azərbaycanda kifayət qədər yetkin vətəndaş cəmiyyəti var.
– Referenduma müxalif olanlar tez-tez beynəlxalq təcrübəyə istinad edərək, hakimiyyətin ali eşalonunda daimi kadr rotasiyasının zəruri olduğunu bildirirlər.
– Demokratiya – ehkam deyil, irəliləyən və dinamik inkişafda hərəkətli və səmərəlidir. Demokratiya yalnız milli-demokratik simaya malikdir. Əks təqdirdə, demokratiyanın ciddi geosiyasi silaha çevrilmək təhlükəsi böyükdür.
Axı biz tamamilə başqa bir vəziyyətin də şahidi oluruq: bu planda Azərbaycana qarşı iddia irəli sürə biləcək və irəli sürən ölkələr, eləcə də beynəlxalq institutlar özləri əslində, həmin ideyaları milli maraqlar çərçivəsində nəzərə almaya da bilirlər.
– Misal gətirə bilərsinizmi?
– Misal çoxdur. Misal üçün Birləşmiş Ştatları götürək. «Paytaxtların paytaxtı», çoxmilyonlu əhalisi olan Nyu-Yorkda 1933-cu ilin əsas qanununa görə, şəhər meri iki dəfədən artıq bu posta seçilə bilməz. Lakin ötən 2008-ci ilin sonunda 51 nəfərdən ibarət Şəhər Şurası toplaşaraq, indiyədək artıq iki dəfə bu posta seçilən şəhər meri Maykl Blumberqin yenidən, üçüncü dəfə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edir. Xatırladaq ki, qərar heç plebisit nəzərə alınmadan qəbul edilir. Bununla şəhər əhalisinin hüquqlari pozulmurmu? Şübhəsiz, pozulur. Bəs, Amerika ictimaiyyəti, əsəb gərginliyi və «şəhər atası»na qarşı ictimai qınaq harda qaldı? Bu heç kimi narahat etmir. Nə üçün? Cavab sadədir və bu cavab Nyu-York Şəhər Şurasının rəhbəri Kristin Kuiin tərəfindən hələ oktyabrın 13-də səsləndirilib. O bildirib ki, maliyyə böhranı şəraitində «Nyu-York sakinlərinə seçim hüququ vermək» lazımdır.
Və ya digər bir misal – ABŞ Konqresində konqresmen Xose Serrano cari ilin yanvar ayının əvvəlində ABŞ prezidentinin seçilmə müddətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması təklifi ilə çıxış edib. Bu, ABŞ qanunverici məclisində səsləndirilən oxşar tipli ilk və heç də sonuncu təklif deyil. Bu kimi təkliflər Nümayəndələr Palatasının Hökumət Nəzarəti və İslahatlar üzrə Komitəsi tərəfindən də nəzərdən keçirilir. Deməli, məntiq və bu tipli aktlara zərurət var və demokratiya kommunistyönlü donmuş doqmatik düşüncələr məcmusu deyil, inisiasiya və fəaliyyət hüququdur.
Mən bilərəkdən Birləşmiş Ştatların ən yeni tarixindən misallar gətirdim. Təkcə son onillik ərzində təqribən 30 ölkə millət və dövlətin maraqlarına uyğun şəkildə prezidententlərin idarəetmə müddəti formatlarını bu və ya digər formada nəzərdən keçiriblər.
– Sizcə, bu təşəbbüsün əsasında məhz iqtisadi böhran durur?
– Ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ictimai təşəbbüs, Azərbaycan əhalisinin seçim hüququnu ön plana çıxarmaqla artıq müsbət tərəfini nümayiş etdirmiş olub.
Dünyadakı tendensiyalara gəlincə… Dünya sivilizasiyası ölkələrini bürümüş ümumdünya iqtisadi böhran demək olar ki, hər bir sadə vətəndaşa mənfi təsir etməklə, əksər milli dövlətləri kollapsla qarşı-qarşıya qoyub. Böhran hələ öz mənbəyini tərk etməyib və onun məkan-zaman proqnozları elə də sevindirici deyil. Burada bir neçə il ərzində daha geniş ərazilərdə dağılma və tənəzzüldən söhbət gedir. Məncə, maliyyə böhranı ilə yanaşı, dünyada paralel olaraq daha bir neçə, heç də az məna kəsb etməyən böhran trendləri də inkişaf etməkdədir. Bunlar sosial-humanitar, beynəlxalq hüquq və təhlükəsizliklə bağlı çatışmazlıqları ön plana çıxaran böhranlardır. Böhranlar dövrü yaşayan dünya xaos dünyasıdır.
Böhran bütün sivilizasiyaya çətin gələcək vəd edir. Və bu dünyanın ayrılmaz bir hissəsi olan Azərbaycan da həmin çətinliklərdən ibarət zolağı keçməlidir. Biz bu yolu güclü və nüfuzlu liderin rəhbərliyi altında qət etməliyik.
Azərbaycanın rəsmi şəxsləri bu böhranın bizdən yan keçəcəyi barədə nə qədər desələr də, faktlar və statistika əksini deyir. Hər halda, Azərbaycan bu sivilizasiya dünyasının bir hissəsidir və ümumdünya trendləri bizim dövlətin əhvalına təsir etməyə bilməz.
Şəxsən mən ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referenduma yalnız bir şeyi qəti unutmadan gedirəm: mən İlham Əliyevə səs verirəm./Trend/