500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”
RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır
Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib

“Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya başladıb. Kampaniya yeni elan olunmasına baxmayaq, ciddi rezonans və dəstək qazanıb, artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.

AZƏRTAC xəbər verir ki, “Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyaların, bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir.

Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.

Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.

Ermənistanın Laçın yolu ətrafında saxta təbliğatını ifşa edən və reinteqrasiyanı alqışlayan bu müraciətə qoşulmaq istəyən xarici QHT təmsilçiləri onlayn formada bu keçid vasitəsilə bəyanatı imzalamaqla dəstəyini ifadə edir:

Kampaniyanın sosial media səhifələri də yaradılıb:

X: https://x.com/wforcaucasus

Instaqram: https://www.instagram.com/worldforpeaceincaucasus/

Teleqram: https://t.me/worldforpeaceincaucasus.