7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Sergey Markovun (siyasi elimlər namizədi) çıxışı

Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib
AŞPA-da Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq
Xocalıda insan qalıqları aşkarlanıb

Hörmətli dostlar, etiraz etmirsizsə, mən rusca danışım.

İlk olaraq istəyərdim ki, təşkilatçılara, məni dəvət etdikləri üçün təşəkkürümü bildirim.

Tərtər rayonunda olmaqdan şadam, burada olmamışdım və Azərbaycanın müxtəlif gözəl bölgələri ilə tanış olmaq məni sevindirir. Bir az öncə, müvəqqəti olaraq zaldan ayrılmışdım, BBC radiosuna müsahibə verirdim. Məndən Suriyadakı vəziyyət haqqında soruşurdular.  Onlara qəsdən qeyd etdim ki, müsahibəni sadəcə Azərbaycanda deyil, məhz Tərtər rayonunda verirəm.

Rusiya İctimai palatası adından istərdim Tərtər rayonuna firavan yaşayış, uğurlar, nəaliyyətlər və sülh vəziyyətində yaşam arzu edim. Həm də öz adımdan cənab Elxan Süleymanova təşəkkürümü bildirim ki, o həm bu konfransı təşkil edib, bu problemlərə bu qədər diqqət yönəldir. Doğrudan da bu məsələnin humanitar baxımından böyük əhəmiyyəti vardır. Humanitar problemə diqqət yönəlməlidir və sadəcə diqqətlə yekunlaşmamalıdır, sözsüz ki, problemin həllinə nail olmaq lazımdır.

Elxan müəllimə qulaq asanda onun natiglik qabiliyyətinə valeh olduğumu qeyd etməyə bilmirəm. Doğrudan da çox gözəl natiqdir. Hamımız bilirik ki, cənab Süleymanov müxtəlif beynəlxalq müstəvilərdə, beynəlxalq təşkilatlarda Azərbaycanın mənafelərini çox fəal şəkildə müdafiə edir. Bu günki çıxışından bız  bunun bir daha şahidi olduq ki, onun fikirləri və onun düşüncələri nə dərəcədə inandırıcı və təsiredicidir.

Açığını deyim, Elxan müəllim bu məsələyə mənim diqqətimi yönəltməyənə qədər, sözsüz ki mən bunlardan bixəbər idim. Mən başa düşdüm ki, bu problem minlərlə insanın həyatına təsir edən çox ciddi bir problemdir.

Bu problemin ətraf mühitə çox ciddi təsiri var. Ekoloji faciə baş verə bilər və biz hamımız bu ekoloji faciənin qarşısını almalıyıq. Beynəlxalq və müstəqil ekspertlərdən istifadə edərək bu məsələnin ekoloji ekspertizasını və araşdırmasını aparmaq lazımdır.

Mən bundan əvvəl çıxış edən bir natiqlə də razıyam ki, bir çox hallarda faciələr su elektrik stansiyalarının və onların yerləşdiyi bəndlərin nasaz olmasından baş verir. Bir çox hallarda bu faciələrin baş verməsinin səbəbi həmin su elektrik stansiyalarında, bəndlərdə lazımi texniki nəzarətin olmamasıdır. Sərsəng su anbarında sözsüz ki, texniki nəzarət mümkün deyil. Ona görə də, bu su anbarının qarşısındakı bəndin üzərində texniki ekspertizanın aparılmasına ehtiyac var və ehtimal olunan faciənin mümkün fəsadlarını qiymətləndirmək üçün belə bir ekspertizanı keçirmək vacibdir.

Burada ekoloqlarla bərabər həmçinin iqtisadiyyatçıların da araşdırma aparması üçün imkanlar vardır, çünki vaxtaşırı insanların sosial-iqtisadi vəziyyətinə çox mənfi təsirlər yaradan hallar var. Bildiyiniz kimi, insanların təmiz su mənbələrinə çıxışı getdikcə beynəlxalq ekspertlər tərəfindən insanın əsas hüquqları sırasına daxil ediləcək bir problemə çevrilir. Getdikcə bir çox beynəlxalq təşkilat bu problemə daha çox vaxt ayırmağa başlayır. Mən düşünürəm ki, Sərsəng su anbarının problemini bəşəriyyətin su ilə əlaqədar yaranan problemlər üzrə ümumi mənzərəsinə də daxil etmək əhəmiyyətlidir.

Eyni zamanda burada politoloqların işi üçün çox yaxşı bir zəmin vardır, çünki burada ekoloji silahın istifadəsi amilindən bəhs etmək olar. Birincisi, ekoloji hücumun nümunəsi kimi birdən birə suyun buraxılması baş verə bilər, ikinci tərəfi ondan ibarətdir ki,  suyun qışda, yəni lazım olmayan bir fəsildə daha çox buraxılması və ya yayda onun qarşısının alınması təsir mexanizmi kimi istifadə olunur.

Dünyada bir çox ekspertlər ekoloji silahın necə istifadə olunması ilə əlaqədar mübahisələr, müzakirələr edirlər, burada isə bunun bariz nümunəsi var, artıq bu ekoloji silahdan istifadə olunur, sadəcə onun təsirlərini və fəsadlarını öyrənməyə ehtiyac duyulur. Eyni zamanda siyasətçilər üçün də böyük iş, böyük vəzifə yaranməşdır –  bu məsələlər yalnız qaldırılmamalıdır, onlar həmçinin həll olunmalıdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qarabağ probleminin həllinə nə dərəcədə çox diqqət yetirməsi mənə məlumdur. Dəfələrlə özü şəxsən bu fikri mənə söyləmişdir, doğurdan da bu problem onun qarşısında Azərbaycanın inkişafında ən fövqəl əhəmiyyətli bir problem kimi durur. Mən düşünürəm ki, bu problem nə zamansa öz həllini tapacaq. Azərbaycanın çox böyük sürətlə inkişafı bunu deməyə əsas yaradır. Azərbaycanın bütün istiqamətlər üzrə inkişafı valeh edir və əksər göstəricilərə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında lider mövqedədir. Nəticə etibarı ilə, bu əsaslı problemin həllinə yönəlmiş potensial getdikcə artmaqdadır.

Sözsüz ki, bu məsələni sülh yolu ilə həlli daha düzgün olar və bu məsələyə digər natiqlər də, Elxan Suleymanov da fikir bildirmişdi. Düşünürəm ki, bu məsələdə siz Rusiyanın dost münasibətinə etibar edə bilərsiz.

Hamımız bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana çox əhəmiyyətli və təsiredici bir səfərin şahidi olmuşduq. Eyni zamanda biz iki prezident – İlham Əliyev və Vladimir Putin arasında dost münasibətlərin və ətraflı müzakirələrin də şahidi olduq. Siz tam əmin ola bilərsiniz ki, Azərbaycan xalqı Rusiya xalqı ilə qardaşdır və Azərbaycan bizim üçün qardaş ölkədir. Biz isə ümid edirik ki, Azərbaycanın inkişafı davam edəcək, seçkiləriniz yaxşı keçəcək və bu inkişafın davam etməsinə xidmət edəcəkdir.

Hər birinizə təşəkkür edirəm. Biz də bütün imkanlar çərçivəsində bu prossesə dəstək verməyə hazırıq.