Belə bir layihənin işlənib hazırlanması və onun həyata keçirilməsi üçün mən AVCİYA-nın prezidenti, hörmətli Elxan Süleymanova və onun əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Eyni zamanda Tərtər rayon başçısına öz minnətdarlığımı bildirirəm ki, belə bir layihənin elementlərindən olan bu cür tədbirin məhz cəbhə xəttinin yaxınlığında keçirilməsinə icazə verilib və şərait yaradılıb.
Bu tədbirin Tərtərdə keçirilməsi xüsusi önəm kəsb edir. Burada qeyd edildiyi kimi, Tərtər rayonu təmas xətti ilə bitişikdir. Biz bilirik ki, torpaqlarımız müvəqqəti olaraq təcavüzkarların işğalı altında olsa da, Azərbaycan bölünməzdir, ayrılmazdır və bu torpaqlar gec-tez qayıdacaq. Mənəvi cəhətdən biz özümüzü belə hiss edirik.
İkincisi, ona görə önəmlidir ki, Sərsəng su anbarı Tərtərçayın üzərində tikilib, amma əfsuslar olsun ki, 22 ilə yaxındır ki,işğal altındadır.
Burada çoxlu məlumatlar verildi, mən bir sıra beynəlxalq siyasi hüquqi məqamlara aydınlıq gətirmək istəyərdim və çalışacam ki, çox qısa edim.
Sərsəng su anbarının törədəcəyi fəlakətdən danışarkən, biz ilk növbədə bu problemə Dağlıq Qarabağın işğal altında olmas ilə birgə baxmalıyıq. Ayrı kontekstdə baxmaq olmaz, çünki Sərsəng su anbarı məhz Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı nəticəsində mənimsənilib.Bəs bunun məsuliyyəti kimdədir? Burada Elxan müəllim qondarma qurumun vitse-premyerindən danışdı, işğalın məsuliyyəti, məhz Ermənistanın üzərindədir. Ermənistan Azərbaycanın ərazisini işğal edib. Ona görə beynəlxalqhüquqiməsuliyyət Ermənistanın üstünə düşür. Ermənistan nə qədər özünü kənara çəksə də, çox saylı faktlar var.
Uzun müddətdir ,Dağlıq Qarabağ Ermənistan büdcəsinin hesabına formalaşır. Azərbaycanda uzun illər yaşayanKöçəryan və Sarkisyan Azərbaycan ərazilərində qanlı cinayətlər törətdikdən sonra Ermənistanın Konstitusiyasını pozaraq,Ermənistanın prezidenti olub. Yəni faktiki olaraq, Ermənistan dövləti Azərbaycanın işğal edilmiş ərazilərinidəqondarma Qarabağ respublikası adı altında işğalçı rejim formalaşdırıb.
İşğal zamanı insanlığa qarşı cinayyət baş verib. Azərbaycanın Xocalı şəhərində soyqırım-cinayyəti,ondan bir həftə əvvəl Qaradağlıda analoji hadisə baş verib. Onun haqqında az danışılır, amma Qaradağlıda baş verən hadisələri məhz ermənilər özləri etiraf ediblər və Amerikada dəfələrlə çap olunmuş kitabda da bu haqqda yazılıb.
Biz işğalın nəticələrini qiymətləndirmək kontekstində Sərsəng su anbarının törədəcəyi faciələrdən danışa bilərikki,hansı ağır nəticələr olub.Ekoloji, sosial-iqtisadi, tarixi-mədəniabidələrimizə böyük zərərlər vurulub. Yeri gəlmişkən onu deyim ki, Azərbaycanda ilk dəfə olaraq kompleks şəkildə bu zərərlərin hesablanması haqqında araşdırma cənab Elxan Süleymanov tərəfindən aparılıb, onun kitabı tək Azərbaycandadeyil, həm də Amerikada, Kongress kitabxanasında yerləşdirilib, indi də Azerikada , Rusiyada çap olunub.Mən bildiyimə görə, başqa dillərdə də çap olunmağa hazırlanır.Həmin o araşdırmalardakompleks şəkildə ilk addım kimi, ola bilsin hansısa mənbələr bununla razılaşmasınlar, amma daha dolğun rəgəm göstərilib – 431 milyard ABŞ dolları məbləğində Azərbaycana ümumi işğal nəticəsində zərər vurulub.
Biz Sərsəng su anbarının törədəcəyi faciədən,və sözsüz ki, ümumi işğal kontekstindən danışanda, həm də işğal altında qalmış ayrı-ayrı strateji obyektləri nəzərdən keçirməliyik. Sərsəng su anbarıməhz belə strateji obyektlərdəndir. Sərsəng su anbarına strateji obyekt kimi ayrılıqda baxanda onun işğalı nəticəsində ölkənin iqtisadiyyatına, ekologiyasına, ətraf rayonlardakı tarixi-mədəni abidələrə vurulan zərər və gələcəyə baxaraq vurula biləcək zərər qiymətləndirilməlidir.
Bu baxımdan qeyd eləmək lazımdır ki, Sərsəng su anbarının bütün məlumatları Azərbaycan tərəfindədir və Azərbaycan Respublikasının strateji obyektidir. 22 il ərzində bu məlumatlar işğalçı dövlət tərəfində olmadan, onlar bu anbara qulluq edə bilməzlər, etsələr də bu qeyri-qanuni olardı. Məhz texniki qulluq edilməməsi nəticəsində Sərsəng su anbarınınbir çox qurğuları öz resurslarını işləyib qurtarıb, köhnəlib və istənilən halda təbii fəlakət baş verə bilər. Həmin təbii fəlakətdən əlavə texnogen faktor məqsəqyönlü şəkildə də baş verə bilər.
Faktiki olaraq əgər Sovet dönəmində 7 rayonun bütün əkin sahələri Sərsəng su anbarı vasitəsi ilə suvarılırdısa, hazırda həmin rayonlar və işğal altında olmayan rayonlar suvarmadan kənarda qalıb, ermənilər suyu istədiyi vaxt,yəni qışda buraxırlar, yayda buraxmırlar. Torpaqda deqradasiya gedir,torpağın strukturu dəyişir, məhsuldarlıq itir.
Sərsəngin digər su anbarlarından bir fərgi də var ki, o,hündür ərazidə tikilib. Sərsəng su anbarınin ağzı açılanda ətraf düzən rayonlar su altında qalır. Bu çox böyük fəlakətlə nəticələnə bilər, çünki ətraf rayonlar su altında qalanda, onun nəinki kənd təsərrüfatı, iqtisadiyyatı, infrastrukturumehv olar, hem də ən böyük fəlakət olan insan itkisi də bas verə bilər.. Yenidən Azərbaycan xalqı humanitar fəlakətlə qarşılaşar. Biz bu fəlakəti 1990-cı illərin əvvəllərində yaşamışıq.
Ən ağrılı cəhətlərdər biri odur ki, həmin ətraf düzən rayonlarin hər birində Dağlıq Qarabağ ərazisindən məcburi köçkünə çevrilmiş insanlar məskünlaşıb. İcra başçısı buradadır, yəgin mənim sözümü təsdiqləyər. Bu insanlar artıq bir dəfə məcburi köçkünə çevriliblər, onlar ermənilərin törətdiyi fəlakətin ağrısını çəkiblər və ikinci dəfə həmin təhlükə ilə qarşılaşa bilərlər. Faktiki olaraq, o insanlar şüur altı Sərsəngin törədəcəyi faciənin ağrılarını çəkərək işgəncələrə məruz qalırlar.
Layihənin əhəmiyyətindən danışanda, Elxan müəllim burada dedi ki, biz müharibə aparan deyilik. Bəli, biz müharibə aparmaq istəmirik. Amma biz sülh yolu ilə sülhə nail olmaq istəyiriksə , torpaqlarımızı azad etmək istəyiriksə , hər an müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmağın bir şərti odur ki, sülh danışıqlarını bizim diplomatlar aparır, ölkə rəhbərliyi aparır. Hansı məqamdasa bu danışıqlar razılaşma yolu ilə müqavilə formasını almalıdır. Orada konkret problemlərin həlli vaxtı diplomatlar adətən, ayrı-ayrı detallara fikir verirlər və Sərsəng su anbarı kimi və digər strateji obyektlərə diqqətin çəkilməsi Azərbaycan diplomatlarının danışıqlarda mövqeyini gücləndirə bilər..
Elxan müəllim burada qeyd etdi ki, Sərsəng su anbarının törədəcəyi fəlakətin qarşısının alınması üçün Azərbaycanın nəzarətinə verilməsi problemi beynəlxalq ictimaiyyətə çatdırılsın. Bəli, bilirik ki, Dağlıq Qarabağ problemi bütövlükdə həll edilməyincə, ayrılıqda Sərsəng su problemini həll etmək çətindir. Bu doğrudur, amma bu məsələ layihə çərçivəsində ən azı beynəlxalq ictimaiyyət qarşısında tələb oluna bilər və onun qarşısında daim bu məsələ saxlanılmaqla, ən azı Sərsəng su anbarında müstəqil beynəlxalq ekspertlərin təftiş aparılmasını, yoxlanılmaslını, onun vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək olar.
Erməni tərəfi, yəni işğalçıtərəf sözsüz ki, Azərbaycanın nəzarətinə verilməsinə razı olmayacaq. Heç olmasa, müstəqil beynəlxalq nəzarətinə verilməsini tələb etmək olar. Bu çox vacib, önəmli məsələlərdəndir.
Nəhayət, sonda, mənə elə gəlir ki, bir məsələdə layihənin tərkibində araşdırılacaq. Çox vacib məsələdir ki, biz işğaldan, Sərsəng su anbarının işğal altında olmasından, Sərsəng su anbarının işğalçı dövlət tərəfindən istismar edilməsinin yol verilməzliyindən vəbunun qeyri-qanuniolmasındandanısırıq.
Bəzi mənbələrin verdiyi məlumatlara görə, Dağlıq Qarabağ separatçı rejimi, işğalçırejim orada öz hissələri tərəfində kiçik elektrik su stansiyası tikərək ondan elektrik stansiyası kimi istifadə edirlər. Bu qətiyyən yol verilməzdir və Azərbaycan qanunlarıa və beynəlxalq qanunlara ziddir.
Mən sonda bir daha təşəkkürümü bildirirəm, üzr istəyirəm ki, vaxtınızı bir balaca çox aldım. Çox sağolun, minnətdaram.