7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Ceyhun Cəfərovun (Tərtər rayon İcra hakimiyyətinin başçısı )çıxışı

Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub

Hörmətli qonaqlar! Hörmətli Elxan müəllim!

Mən də sizi həm öz adımdan, həm də Tərtər rayonunun bütün sakinləri adından salamlayır və sizi belə həyati vacib olan bir məsələ üçün Tərtərdə görməyimə çox şadam.Eyni zamanda özünüzlə bərabər Avropadan, dünyanın bir çox ölkələrindən gəlmiş xarici qonaqlarımız iştirak edir. Mən onları xüsusilə salamlayır və Tərtərə xoş gəlmisiniz deyirəm.

Hörmətli toplantı iştirakçıları, bildiyiniz kimi, bu gün qaldırılan və Tərtərdə müzakirəsi davam etdirilən məsələ həyati vacib bir məsələdir və biz çox mühüm olan bu məsələnin müzakirasinətoplaşmışıq.

Hazırda rayonumuzda ən qlobal problem su problemidir.Bilməyənlər üçün mən elan edirəm ki, Tərtər rayonu cəbhə bölgəsində yerləşmiş  və aqrar sahədə inkişaf etmiş bir rayondur. Aqrar sahədə inkişaf etmiş bir rayona bu gün su,həm insanların məişətdə işlətmələriüçün,həm  özlərinin istifadə etmələri üçün digər rayonlardan daha vacibdir.Eyni zamanda su  rayonumuzda olan torpaqların əkilib becərilməsi və kənd təsərrüfatının inkişafında vacib olan amillərdən biridir.

Ancaq bütün bunlara baxmayaraq, bizim Tərtərin suya olan ehtiyacı Tərtərçay vasitəsi ilə Sərsəng su anbarından buraxılan su ilə odənilir. Təəssüflə qeyd etmək istəyirəm ki, mənfur qonşularımız olan,dünyada terrorçu bir dövlət və  millət kimi tanınmış ermənilər, bu gün də bizi su ilə sınağa çəkirlər. Və məlumat üçün bildirmək istəyirəm ki, son üç aydan artıq bir müddətdir ki, Sərsəng su anbarından qidalanan Tərtərə gündəlik 2-3 saat olmaq şərti ilə hər gün saniyədə 1-1,5 kubmetr ardıcıllıqla su verilir.Sizə müəyyən rəqəmlərlə məlumat vermək istərdim. Tərtər rayonunun 22 701 hektar əkin sahəsi vardır, 2 746 hektar həyatyanı sahə, 790 hektar dövlət mülkiyyətində olan sahələr,3 000 hektar dövlət fondu, 169 hektar dövlət ehtiyyat fondu vardır. Həmin sahələrin 16 615 hektarında taxıl, 1 128 hektarında yonca, 469hektarında qarğıdalı, 192 hektarında paxlalı bitkilər, 528 hektarında kartof, 933 hektarında tərəvəz, 1 090 hektarında pambıq, 385 hektarında çuğundur və digər məhsullar əkilmişdir. Həmin sahələr suvarılan sahələrdir. 30 minə yaxın sahələri suvarmaq üçün sutka ərzində 13 kubmetr/saniyə su buraxılmalıdır ki, rayonun tələbatı ödənilsin.

Rayonun ərazisində 420 subartezian quyusu vardır ki, onlardan da 400-ü işlək vəziyyətdədir, 20 ədədi istismar müddəti başa çatdığına görə hal-hazırda fəaliyyət göstərmir. Bütövlükdə  bu subartezian quyuları bizə yalnız 9 600 hektar sahəni suvarmağa imkan verir.

Hazırda bütün əkin sahələri quyular vasitəsi ilə suvarılır. Bu da həmin sahələrin hamısınınsuvarılmasına imkan vermir. Artezian quyularından198 ədədi birbaşa yaşayış məntəqələrinə, yəni məişətdə istifadə etmək üçün yönəldilib. Yaranmış su qıtlığı nəticəsində subartezian quyularının işlənməsi üçün əlavə enerji limitinə də ehtiyac yaranır. Əgər bizə Sərsəng su anbarından mütəmadi olaraq lazım olan qədər su buraxılsaydı, heç  bu subartezian quyularına bir o qədər də ehtiyyacyaranmazdı.Bizisə məcburiyyət qarşısında qalıb gündəlik 8-10 saat əvəzinə həmin subartezian quyularından sutkada 24 saat istifadə etməzdik.  Nəticədə rayonun enerji sahəsində olan limitinin aşmasına yol verilməzdi.

Biz bilirik ki, Tərtər çayından Çaylı ərazi vasitəsi ilə saniyədə 15 kubmetr tutumlu Xan arxı, saniyədə 7 kubmetr tutumlu Tələk arxı, saniyədə 10 kubmetr tutumlu Xoruzlu arxıtorpaq kanalları vasitəsi ilə axıdılır. Lakin son 4 ay ərzində Tərtər çayına Çaylı kəndi ərazisində sutka ərzində saniyədə 1,5-2 kubmetr, çox az hallarda saniyədə 3 kubmetr su buraxılır ki, bu da bizim ehtiyaclarımızı ödəmir.

Əhalinin həyatyanı sahələrində illərlə becərdikləri meyvə ağacları, təsərrüfatları suyun olmaması səbəbindən yanır və insanlarımız ciddi ziyanla üzləşir. 570 hektar pambıq, 300 hektar şəkər çuğunduru, 45 hektar tərəvəz, 4 493hektar yeni bitkilər susuzluqdan zərər çəkmiş və məhv olmuşdur.

İlkin hesablamalara görə, quraqlıqdan zərər çəkmiş və məhv olmuş kənd təsərrüfatı bitkilərinin məhsul itkisi hesabına vətəndaşlara və istehsalçılara 5 mln 978 min manat zərər dəymişdir. Təsəvvür edin, bu,təxminən 100 min əhalisi, 960 kvadrat kilometr ərazisi olan balaca  bir rayon üçün nə qədər böyük bir itkivə insanlara dəyən zərərdir.

Hazırda təsərrüfatın, yəni yonca, pambıq, çuğundur sahələrininvə əhalinin həyatyanı sahələrinin suya ciddi ehtiyyacı vardır. Rayonun Seydimli, Bala Kəngərli, Kəngərli, Xoruzlu, Bayandur, Kəbirli, Qaradağlı, Dəmirçilər, Ağ kənd, Təzə kənd, Cəmilli kəndlərinə adı gedən kanallar vasitəsi ilə su axıdıldığı üçün onlar daha çox əziyyət çəkirlər və ona görə də içməli su maşınlarla verilir.

Təsəvvür edin, bəzən elə kəndlərimiz olur ki, onların həm məişətdə işlətmələri, eyni zamanda mal-qaranı vəhəyatyanı sahələrinisuvarmaq üçünrayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş su maşınları vasitəsi ilə həmin kəndlərə su daşınır. Ermənilərin Sərsəng su anbarının qarşısını kəsməklə bütöv bir rayonun əhalisinin çəkdiyi əziyyətlərə baxın və qiymət verin.

Hamımız bildiymiz kimi, 2 sentyabr 2013 il tarixdə Sərsəng su anbarının humanitar faciənin qarşısının alınması layihəsi üzrə Avropa Şurasında məsələ qaldırılmış, qətnamə layihəsi təklif edilmiş və təklif qəbul olunmuşdur. Bu layihənin hazırlanması və Avropa Şurasına çıxarılmasında əməyi olanElxan müəllim,mən başda siz olmaqla, bütün dostlarımıza rayonumuzun əməkdaşları və əhalisi adından “çox sağolun” deyirəm və arzu edirik ki, qaldırılan bu məsələ və qətnamələr qəbul olunmaqla yanaşı öz icrasını da tapsın. Çünki  Elxan müəllim çox yaxşı qeyd etdi ki, Avropanın, ATƏT-in işğal ilə bağlı qəbul etdiyi bir sıra qətnamələrinə baxmayaraq, ermənilər torpaqlarımızı azad etmirlər.

Bütün bu çətinliklərə baxmayaraq, Tərtər rayonunun əhalisi müharibə və qan görmüş insanlardır. Mən qonaqlarımız üçün məlumat vermək istəyərdim ki,balaca bir rayonun 300-dən artıq şəhidi, 350-dən artıq Qarabağ əlili vardır. Tərtərdə elə bir ailə yoxdur ki, bu müharibənin ağrısını, acısını yaşamamış olsun. Hətta atəşkəs dövründən üzü bəri müharibə görmüş insanlarımızlayanaşı,o zaman hələ dünyada olmayan vəbu gün artıq orta məktəbdə oxuyan uşaqlarımız, övladlarımız,  müharibənin acısını bu gün də yaşayırlar. Bu isə onlara böyük bir zərbə, böyük bir ağrıdır. Bütün bunlara baxmayaraq, bizim rayonun əhalisi nikbindir. Tərtər camaatı sabaha ümidlə baxır.Buranın əhalisi məğrur camaatdır, məğrur insanlardır və torpaqlarımızın işğal altında olmasınavə Tərtərin özündə müharibənin getməsinə baxmayaraq, mənfur qonşularımız bu rayondan bir qarış belə torpaq ala bilməmişlər. Bizim bir kəndimiz var – Qapanlı kəndi,zamanında həmin kəndin özündə ağir döyüşlər gedib, çoxlu itkilərimiz də olub, amma həmin kənddən belə bir qarış torpaq götürə bilməyiblər.

Biz nikbinik, sabaha ümidlə baxırıq. Biz, tərtərlilər, eləcə də bütün Azərbaycan milləti ali baş komandanımızın, möhtərəm prezidentimizin bir saylı çağırışına və əmrinə əsasən,torpaqlarımızı azad etməyə qadirik və inanırıq ki, qələbə gec-tez bizimlədir, işğalda olan torpaqlarımız azad olunacaq.Bu istiqamətdə əziyyət çəkən, çalışan möhtərəm prezidentimizə və  insanlarımızın hamısına uğurlar arzulayıram, Allah yardımçımız olsun, deyirəm. Çox sağolun!