Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

“Caspian European Club” kluba üzv olmağın şərtlərini yeniləyib
Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb
Leninqrad uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsi anılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 29-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster aparacaqlar.