Prezident İlham Əliyev Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşlarını “İgidliyə görə” medalı ilə təltif edib

ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək
Məhərrəm Zülfüqarlı: “Əldə edilən razılaşmaların ardıcıl olaraq icra edilməsi hər iki dövlətin mənafeyinə uyğundur”
Azərbaycanda aprel döyüşlərinin 3 illiyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları “İgidliyə görə” medalı ilə təltif etdi.