“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Əfv Komissiyası iclasları yekunlaşdırır, sərəncam imzalanacaq
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib
Fransanın səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb

Bakıda “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, Milli Məclis və MDB Parlamentlərarası Assambleyasının (MDB PA) əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə Milli Məclisin, MDB PA Şurası Katibliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Türk Dövlətləri Parlament Assambleyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, alimlər və ekspertlər iştirak edirlər.

Tədbir çərçivəsində Azərbaycan parlamentarizminin tarixində qadınların rolu, qadınların dövlət və cəmiyyət quruculuğunda iştirakı, ictimai-siyasi proseslərdə fəallığı və gender məsələləri müzakirə olunur.

Fotoqraf – Səfiyar Məcnun

AZƏRTAC