Elxan Süleymanovun təşəbbüsü ilə reallaşan Sabir qiraət müsabiqəsinə dair görüş keçirildi

Bakıdakı 2 nömrəli texniki-humanitar liseyin binası əsaslı təmir edilib Prezident İlham Əliyev liseydə yaradılan şəraitlə tanış olub
Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub

2011-ci ildən bəri Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələri keçirilir. Bölgənin təhsil həyatında xüsusi yer tutan müsabiqə bu il 9-cu dəfə reallaşır.

Bu ərəfədə qiraət müsabiqəsi münsiflər heyətinin üzvü, filologiya elmləri doktoru, professor Asif Hacılı və millət vəkilinin səlahiyyətli nümayəndəsi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev rayon məktəblərində çalışan ədəbiyyat müəllimləri ilə görüş keçiriblər. Görüşdə tövsiyə və təkliflər səsləndirilib.

Rayon Uşaq Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti Nişanə Eyyubova- Nəbiyeva da çıxış edib.