DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər

Bakıda “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub
Bu gün Zəngilan Şəhəri Günüdür
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə keçirilən III MDB Oyunlarının təntənəli açılış mərasimini izləyiblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası təqdim ediblər.

İfaçılar – Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.

APA