Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub

İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib
Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müaricət ünvanlayıb
Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb

Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Konfransda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətov iştirak edib.

ASK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldovadan dövlət, özəl sektor, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı hər bir ölkənin timsalında sonrakı mərhələdə peşə təhsili, iqtisadiyyatın rəqəmsallaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı və sair istiqamətdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.