Azərbaycan Sahibkarlar Konfederasiyası Brüsseldə keçirilən konfransda təmsil olunub

Bakıda maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirilib
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
Azərbaycanın pravoslav xristian icmasına

Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Konfransda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibinin müavini Fuad Hümbətov iştirak edib.

ASK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldovadan dövlət, özəl sektor, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı hər bir ölkənin timsalında sonrakı mərhələdə peşə təhsili, iqtisadiyyatın rəqəmsallaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı və sair istiqamətdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.