Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşeləri və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib

İlham Əliyev Qubadlı şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib
Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür
Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb. Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq normaları çərçivəsində ordumuz tərəfindən əks-həmlə əməliyyatı həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Brifinq iştirakçılarına diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatlar və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib. Bundan əlavə, qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.

Bildirilib ki, Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqdakı şəhərləri raketlə atəşə tutur.

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın tarixi və ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutması nəticəsində aralarında qadınların və uşaqların da olduğu mülki şəxslər həlak olub və xəsarət alıb. Bundan başqa, mülki infrastruktura ciddi ziyan dəyib.