AVCİYA “Borçalıda yaşayan azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsi” silsiləsindən müzakirələrə başlayır

ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Regionumuzun lider dövləti olan Azərbaycan Respublikası silahlı qüvvələrinin respublikamızın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində otuz il ərzində işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etməsi, düşmənə sarsıdıcı zərbə vurması xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcı oldu və ictimai fikrimizdə, elm, təhsil, mədəniyyətimizdə bir sıra vacib məsələləri yenidən gözdən keçirməyi zəruri etdi. Belə mətləblərdən biri xalqımızın tarixinə daha diqqətli olmaq, tarixdən nəticə çıxarmaqdır. Şübhəsiz ki, yeni dövr tariximizin aktual məsələsi – son əsrlərdə qarşılaşdığımız erməni terroru, ermənilərin soydaşlarımıza qarşı törətdiyi soyqırım cinayətləri, ərazilərimizi qəsb etməsi, mədəni sərvətlərimizə yiyələnməsidir. Bu hadisələrin təhlili, gənclərimizə öyrədilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, milli dəyərlər, tarixi təcrübə əsasında formalaşması günümüzün vacib ümummilli vəzifələrindəndir. Bu məsələnin bir aspekti də xalqımıza qarşı törədilmiş erməni terrorunun müxtəlif bölgələrdə özünəməxsus cəhətlərinin araşdırılmasıdır. Bu baxımdan, Gürcüstanda, tarixi Borçalı mahalında yaşayan soydaşlarımızın son əsrlərdə qarşılaşdıqları, mübarizə apardıqları erməni terroru, erməni quldur dəstələrinin təxribatları ilə mübarizəsi tarixidir. Borçalı bölgəsinin əhəmiyyəti həm də onunla bağlıdır ki, bu ərazi Azərbaycan və gürcü xalqının tarixi dostluğunun, qardaşlığının, ümumi düşmənə qarşı birgə mübarizəsinin gerçəkləşdiyi məkandır. Gürcüstan ərazisində yaşayan soydaşlarımızın erməni quldurları ilə mübarizə tarixi, beləliklə, bir çox cəhətdən maraq kəsb edir və aktual elmi-tarixi, mənəvi-ictimai məsələ kimi aşkarlanır. AVCİYA-nın prezidenti Elxan Süleymanovun rəhbərliyi ilə həyat keçiriləcək Layihə çərçivəsində AVCİYA-nın eksperti, professor Asif Hacıyevin təqdim etdiyi ilk məqalə Cənubi-qərbi Qafqazda erməni quldur və terror fəaliyyəti tarixinin ümumi cizgiləriinə həsr edilmişdir.

AVCİYA Mətbuat Xidməti