Naxçıvanda üçüncü “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək

Bakıda “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub
Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib

Naxçıvan Muxtar Respublikasında (MR) üçüncü “Qərbi Azərbaycana qayıdış” festival-konqresi təşkil ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, üçüncü “Qərbi Azərbaycana qayıdış” festival-konqresi iyunun 18-19-da Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti (NDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə Ordubad şəhərində keçiriləcək.

Tədbirin konqres hissəsində alimlər, tədqiqatçılar və ictimai xadimlər Qərbi Azərbaycan həqiqətləri, tarixi irs və qayıdış perspektivləri haqqında çıxış edəcəklər.

Festival hissəsində isə milli-mədəni dəyərləri əks etdirən təqdimatlar, incəsənət nümunələri və birlik ruhu ön planda olacaq.

Report