Zakir Həsənov və Hulusi Akar “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər

AVCİYA seçkiöncəsi media monitorinqin nəticələrini açıqladı
Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat
Mehriban Əfəndinin əsərləri Avropada ən böyük sürrealizm sərgisində təqdim olunacaq

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın, Türkiyə Silahlı Qüvvələrinin komanda heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Ali müşahidəçi günü” keçirilib.

Əvvəlcə təlimlərin Baş Qərargahında iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.

Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, qalın qarlı və kəskin şaxtalı sahədə qardan düzəldilmiş sığınacaqlara baxış keçiriblər.

Qeyd edək ki, Türkiyə telekanalları uğurla davam edən təlimlərdən canlı görüntülər yayıblar.

AZƏRTAC