Məhərrəm Zülfüqarlı: Faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yaşamır

Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərinin planlı şəkildə bərpa olunması istiqamətində tədbirlər görüləcək
Prezident və birinci xanım Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar
Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Məhərrəm Zülfüqarlı: “Erməni faşistləri küçələrə Hitlersayağı məşəllərlə çıxmaqla hakimiyyətə iddialı olduqlarını göstərirlər”

Bütün göstəriciləri ilə faşist dövləti olaraq tanınan Ermənistanda faşizm günü-gündən bütün çalarları ilə özünü göstərir. Məlumdur ki, bu ölkədə artıq hitlerçiləri yamsılayanlar, onların etdikləri naqislikləri təkrarlayanlar kütləvi surətdədir. 

Məlum olduğu kimi, radikal millətçi “Sasna tsrer” hərəkatı İrəvanın mərkəzində məşəl yürüşü keçirir. Bu barədə “RİA Novosti” məlumat yayıb. Onların əsas tələbləri baş nazir Nikol Paşinyanın istefası və Dağlıq Qarabağın yenidən Ermənistan tərəfindən işğal edilməsidir.

Yürüşdən əvvəl radikallar mitinq keçiriblər. Mitinqdən sonra onlar məşəlləri götürərək İrəvanın mərkəzinə doğru irəliləyiblər. Polis yürüşə mane olmayıb.

Xatırladaq ki, məşəl yürüşləri 1930-cu illərdə faşist Almaniyasında dəbdə olub. Gördüyümüz kimi, Ermənistanda Hitler Almaniyasının 100 il bundan əvvəl etdikləri təkrar edilir.

Məşəl yürüşü aksiyaları Hitler Almaniyasında necə keçirilib, hansı məqsədi daşıyıb və ermənilər buna niyə meyllidirlər?

Ekspertlər deyirlər ki, Üçüncü Reyxin təbliğat dəst-xəttində məşəl yürüşləri üstünlük təşkil edirdi. Bu səbəbdən də məşəl yürüşlərinə daha çox sənət adamlarını, kino xadimlərini cəlb edir, faşizm ideologiyasının sənətdə əksinə çalışırdılar.  

Faşist təbliğatının əsas vasitəsinə çevrilən çoxminlik paradlar, məşəl yürüşləri cəmiyyətin şüuruna faşizmi yeritmək məqsədi daşıyırdı və onların hakimiyyətə gəlmək iddialarını ortaya qoyurdu.

“Ermənistanın hazırkı vəziyyəti onu göstərir ki, bu ölkədə qatı faşizm ideologiyası hakimi-mütləqdir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirdi ki, faşizm ideologiyası İtaliyada yaransa da, Almaniyada daha dəhşətli şəkil aldı. Mənası “birlik”, “dəstə” kimi ifadə olunan faşizm 1933-cü ildə özünün ən yüksək inkişaf dövrünə qədəm qoyur.

M.Zülfüqarlının sözlərinə görə, 1930-cu ildə Almaniyada geniş vüsət almış olan məşəl yürüşləri faşistlərin hakimiyyətə iddialı olduğunu ortaya qoyurdu: “1930-cu ildə Almaniyada çoxminli məşəl yürüşlərinin təşkili və keçirilməsinin başlıca məqsədi faşistlərin hakimiyyətə gəlməkdə iddialı olduqlarını ortaya qoymaq idi. Faşistlər bu məşəl yürüşləri ilə hakimiyyətə iddialı olduqlarını göstərirdilər. Yəni məşəl hərəkatı faşistlərin hakimiyyətə gəlmək üçün istifadə etdiyi yürüşlər olub. Onlar məşəllərlə küçələrə çıxaraq hakimiyyətə iddialı olduqlarını bəyan edirdilər.

Ermənilərin Almaniya faşistlərinin 1930-cu ildə keçirdikləri məşəl yürüşlərini uzun illərdən sonra İrəvan küçələrində təkrar etməsi, bütövlükdə, ermənilərin faşizm ideologiyasına bağlı olduqlarını açıq şəkildə ortaya qoyur. Bu gün erməni faşistləri küçələrə Hitlersayağı məşəllərlə çıxmaqla hakimiyyətə iddialı olduqlarını göstərirlər. Bilirsiniz ki, Birinci Dünya müharibəsində məğlub olmuş Almaniyada aparılan təbliğat nəticəsində əhalinin faşizm ideologiyasına marağı artmışdı. Ermənilər də bu cür yürüşlərdən istifadə edirlər. Millətçi, şovinist, irqçi “Daşnaksütyun” partiyası bu kimi metodlardan istifadə edib. Sadəcə olaraq ermənilər həm faşizm ideologiyasından istifadə edirlər, həm də yəhudi soyqırımını imitasiya edirlər. Yəni onlar həm faşizmi yaşadırlar, həm də yəhudi soyqırımından istifadə edib, özlərinin qondarma soyqırımlarını yaradıb ortaya atıblar. Ermənistanın hazırkı vəziyyəti onu göstərir ki, bu ölkədə qatı faşizm ideologiyası hakimi-mütləqdir. Nəyə görə? Çünki ermənilər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Məsələn, Ermənistanın gerbində Ağrı dağının şəklinin olması onu göstərir ki, onlar Türkiyəyə qarşı ərazi iddiası irəli sürür, onlarda türklərə, müsəlmanlara nifrət hissi var. Bu qatı nifrət hissi sol radikal ideologiya olan faşizmə aiddir. Məsələn, bizdə o yoxdur. Bizim başımıza ermənilər nə qədər müsibət gətirsələr də, biz onlara qarşı elə deyilik, Azərbaycanda ermənilər də yaşayır və onlar da bütün hüquqlardan istifadə edirlər”.

M.Zülfüqarlı qeyd etdi ki, amma faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yaşamır.    

M.Zülfüqarlının sözlərinə görə, erməni ideoloqları Qarabağa qarşı öz əsassız iddialarını ortaya qoyduqları ilkin dövrlərdə də faşizm ideologiyasından istifadə edərək bütün erməni xalqının beynini zəhərləyiblər və hazırda da erməni xalqı bundan əziyyət çəkir.

Bakı xəbər