AVCİYA-nın eksperti professor Asif Hacılının kitabı İranda fars dilində nəşr edilib

Təhsil naziri Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı brifinq keçirib
Akademik Arif Paşayev: Yolların və elmi istiqamətlərin kəsişməsində
Gəncədə keçirilən “Zəriflik” Beynəlxalq Musiqi Festivalı əsl mədəniyyət hadisəsinə çevrilib

Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabı İran İslam Respublikasında fars dilində dərc edilmişdir. Bu haqda İranın “Mirasmaktoob” – Yazılı İrs Elmi Mərkəzinin rəsmi saytı məlumat verib. Məlumatda deyilir: “İran-Rusiya Dostluq cəmiyyəti Azərbaycan Respublikasının Azərbaycan Universitetinin professoru Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabının fars dilinə olan tərcüməsini nəşr etmişdir. Əsər Azərbaycan türkcəsində yazılmışdır. Asif Hacılının rus ədəbiyyatını uzun illərin tədqiqi və tədrisinin məhsulu olan bu kitab beş fəsildən ibarətdir və islamın yarandığı çağdan günümüzə qədər olan dövrü əhatə edir, rus ədəbiyyatının təhlili əsasında yazılmışdır. Müxtəlif dövrlərdə rus ədiblərinin və mütəfəkkirlərinin əsərlərində Quranın və onun ilahi məzmununun inikasına həsr olunmuş bu əsər tədqiqatçılar, Quran araşdırıcıları, alimlər, dini və ədəbi fikir sahibləri üçün qiymətli mənbədir. Bu kitab islamın rus diyarlarına daxil olmasının min iki yüz illiyi münasibəti ilə Azərbaycan türkcəsindən fars dilinə tərcümə olunmuşdur və İranın İran-Rusiya Dostluq Cəmiyyəti tərəfindən nəşr edilmişdir”. Qeyd edək ki, Asif Hacılının adı çəkilən kitabı bir qədər əvvəl İstanbulda “Doğu Kütübhanesi” nəşriyyatı tərəfindən Türkiyə türkcəsində böyük tirajla və geniş ön sözü ilə nəşr olunmuş, Kayseri Erciyəs Universitetində filologiya və ilahiyyat fakültələrinin professor-müəllim heyətinin, türkiyəli ədiblərin, tərcüməçi və alimlərin iştirakı ilə konfrans formatında təqdimatı keçirilmişdir.


http://www.mirasmaktoob.ir/fa/news/11016