ATƏT-in sədri: Minsk qrupunun işi ilə bağlı nikbinəm

Məhərrəm Zülfüqarlı: “Artıq dünya Ermənistanın yalanını görür və nifrət edir”
İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib
Elxan Süleymanov: “Yeni ensiklopediyamızı Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik”

Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması istiqamətində vicdanlı cəhdlərin davam etdirməsini görmək istərdim.

Bunu özəl olaraq Trend-ə Slovakiyanın Xarici işlər naziri və ATƏT-in hazırki sədri Miroslav Layçak deyib.

M.Layçak qeyd edib: “ATƏT-in Minsk qrupunun işi ilə bağlı nikbinliyimi qoruyub saxlayıram, həmsədrlərin danışıqlar prosesində irəliləyiş əldə edilməsi ilə bağlı qiymətləndirmələrini öyrənmək məqsədilə onlarla daim fəal ünsiyyətdəyəm. Mən Minsk qrupu həmsədrlərinə tam dəstək göstərirəm və biz əvvəlki kimi bu prosesi, liderlərin atəşkəs rejiminin möhkəmləndirilməsinə sadiq qalmalarını, humanitar sahədə tədbirlər görülməsini pozitiv qiymətləndiririk.

Mən Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması, sülhə və danışıqlarda mövcud olan irəliləyişə müsbət təsir edəcək mühitin yaradılması istiqamətində vicdanlı cəhdlərinin davam etdirməsini görmək istərdim. Dialoq istənilən irəliləyiş üçün ən mühüm ön şərtdir”.

Trend.az