Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası artırılıb

İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Elxan Süleymanovun təşəbbüsü ilə reallaşan Sabir qiraət müsabiqəsinə dair görüş keçirildi
Vyetnamda qədim insan genomları uğurla deşifrə edilib

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında bildirilir ki, Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası 31% artırılaraq 35 mindən 46 minə çatdırılıb.

Məlumatda həmçinin deyilir ki, iyunun 24-25-də İstanbulda iki ölkənin Quru Nəqliyyatı üzrə Birgə Komissiyasının görüşü keçirilib. Görüşdə Türkiyəni Nəqliyyat və İnfrastruktur Nazirliyinin nəqliyyat xidmətlərinin tənzimlənməsi üzrə baş meneceri Murat Baştor, Azərbaycanı isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov təmsil edib. Tərəflər beynəlxalq avtomobil nəqliyyatı ilə daşımalar və Xəzər dənizi vasitəsi ilə tranzit keçidləri müzakirə edib, həmçinin Türkiyə və Azərbaycan arasında 1992-ci ilin noyabrında Ankarada imzalanmış avtomobil nəqliyyatı ilə daşımalar sazişinin əvəzinə yeni bir razılaşma üzərində işə başlaqlarını elan ediblər.

Report