Dünən Laçında həlak olan hərbçilərimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Strasburqda Azərbaycan icması ilə görüşüb
Tbilisidə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir
Avropa Parlamenti Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edib

Laçın rayonunda ötən gün “KamAZ” hərbi yük avtomobilinin aşması nəticəsində  həlak olan hərbi qulluqçular Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək. Sumqayıt Şəhər İcra Hakimiyyətindən deyiblər ki, həlak olanlar- kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün torpağa tapşırılır. (“Report”)

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki,  iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində  “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olublar.

Hadisənin Azərbaycan ordusunun Ermənistanla sərhəddə qurulmuş yeni postlarına aparan, mürəkkəb dağlıq ərazilərdən keçən təminat yollarından birində baş verdiyi ehtimal edilir.

Virtualaz