Vyetnamda qədim insan genomları uğurla deşifrə edilib

Azərbaycan Prezidenti: BMT TŞ qətnamələrinin bəzi hallarda 20 ildən çox müddətdə kağız üzərində qalması dünya nizamının pozulmasına gətirib çıxarır
Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib
İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib

Vyetnamlı alimlər təxminən 2 min il yaşı olan qədim insan sümük nümunələrindən mitoxondrial genomları uğurla çıxarıblar. Bu, regionun qədim və müasir əhali populyasiyaları arasındakı genetik əlaqələri öyrənməkdə əhəmiyyətli irəliləyişdir.

AZƏRTAC Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, araşdırma zamanı Dong Xa arxeoloji ərazisindən götürülmüş nümunələrdən yüksək dəqiqlikli genom ardıcıllığı əldə olunub. Həmçinin müasir Vyetnam əhalisinin genetik nümunələri toplanaraq qədim populyasiyalarla müqayisə edilib.

Nəticələr göstərir ki, qədim Vyetnam əhalisi Cənub-Şərqi Asiyanın digər populyasiyaları ilə sıx əlaqəli olub, bəzi genetik qruplara isə müasir əhalidə nadir hallarda rast gəlinib.

AZƏRTAC