Azərbaycanda vergi ödəyicisi olmayan şəxslər üçün gəlir vergisi dərəcəsi artırılır

Xocalıda insan qalıqları aşkarlanıb
14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
Ahıska türklərinin etnik tarixi- Qədim dövr

Bundan sonra Azərbaycanda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulacaq.

“Report” xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə həmin gəlir vergisinin dərəcəsi 2%-dir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, həmçinin xam dərinin tədarükünü nəzərdə tutur.

Report