Mikayıl Cabbarov: 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu 3,9 % artacaq

Əqli Mülkiyyət Agentliyi Avrasiya iddia sənədlərinin elektron formada verilməsi xidmətini istifadəyə verib
Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib
Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb

Bu il Azərbaycanın ÜDM-nin dəyəri 50 milyard dolları keçəcək.

Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov 2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri 50 milyard ABŞ dollarını keçəcəyini proqnozlaşdırırdıqlarını bildirib.

“Bu ilin 11 ayının nəticələrinə görə, ÜDM-in artım tempi 5,3 %, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4 % olub. Qeyri-neft məhsullarının ixracının artımına gəldikdə, hesabat dövründə bu rəqəm 44 % səviyyəsindədir və ilin sonuna qədər biz müvafiq dinamikanın qalacağını gözləyirik”, – deyə o, qeyd edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu 3,9 % artaraq 86,6 milyard manata çatacaq.

Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9 %, neft ÜDM-in 1,8 % artması gözlənilir.

Qeyd edək ki, neft qiymətlərinin 50 ABŞ dolları/barel səviyyəsi nəzərdə tutularaq hazırlanmış makroiqtisadi proqnozlara əsasən, bu ilin sonunda Azərbaycanın ÜDM-si 5,1 %, qeyri-neft ÜDM-si 6 %, neft ÜDM-si 3,2 % artacaq.

Report