Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb

WUF13 ilə bağlı rəsmi internet səhifəsi təqdim edilib
MDB Dövlət Başçıları Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək
Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulandı. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edildi.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırdı.

Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etdi.