“Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi”

Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müraciəti
AVCİYA: Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib

İnsan Hüquqları üzrə İctimai Şura Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.

Layihə orta ümumtəhsil məktəblərində gənc nəslin hüquq maarifləndirilməsini özündə ehtiva edən və nəticədə hüquq mədəniyyətinin inkişafına istiqamətlənmiş seminar-məşğələlərin və görüşlərin keçirilməsindən bəhs edir.

Layihə çərçivəsində Bakı şəhərində və Cəlilabad, Biləsuvar, Şirvan, Şamaxı, Yevlax, Bərdə rayonlarınında yerləşən məktəblərin 8-11-ci sinif şagirdləri üçün seminar-məşğələlərin keçirilməsi nəzərdə tutulmuşdur. Layihə məktəblilərə hüquqi biliklərin verilməsi və bu sahədə onlara bir sıra bacarıq və vərdişləri aşılamaq, hüquq normalarına riayət etməyə olan inam hisslərinin artırmaq, hüquq normalarının pozulmasına qarşı barışmaz olmaq və asayişin keşiyində duranlara kömək etmək vərdişlərini aşılamaq baxımından mühüm əhəmiyyət kəs edir.