AVCİYA nümayəndəsi ATƏT Missiyasının nümayəndələri ilə görüşüb

Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Salyanda da uşaqlar siqaret satmaq qadağandır
Elxan Süleymanov: Baydenin qondarma “erməni soyqırımını” tanımasından ən çox əziyyət çəkən Ermənistan əhalisi olacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri Aleksandr Şlık, İrina Cabaşuk, Radiveoje Gruyik ilə  görüşüb.

Görüşdə Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub. M.Zülfüqarlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçkilərlə bağlı fəaliyyət proqramı haqqında qonaqlara məlumat verib. AVCİYA nümayəndəsi daha sonra əvvəlki illərdə Azərbaycana gəlmiş Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidəçilərinin müxtəlif  ölkələrin dövlət məmurlarından təşkil olunmasına tənqidi münasibət bildirib. Onun fikrincə, ATƏT-in DTİHB müşahidəçilərinin bu cür təşkili bu missiyanın obyektivliyinə şübhələr yarada bilər. Beynəlxalq müşahidəçilərin dövlət məmurlarından deyil, vətəndaşlar tərəfindən seçilmiş müstəqil deputatlardan təşkil olunması onlara inamı artıra bilər. AVCİYA nümayəndəsi həmçinin qeyd edib ki, beynəlxalq müşahidəçilər bütün seçkilərdə Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndələri ilə görüşüb, onların rəylərini öyrənsələr də, heç vaxt bunu nəzərə almamaları  təəssüf doğurur.

Daha sonra  seçkiöncəsi ictimai-siyasi mühit, seçici fəallığı, seçki qanunvericiliyi, namizədlər üçün yaradılan şərait və s. məsələlər müzakirə olunub. Görüşün sonunda qonaqların sualları cavablandırılıb.

AVCİYA Mətbuat Xidməti