CaspiLog 2 – Beynəlxalq Konfrans

AVCİYA seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
AVCİYA seçki ilə əlaqədar seminarları davam etdirir
“Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub

CaspiLog 2 (Caspian Dialog 2) May ayının 7-9-da Aqua Parkda, Novxanıda keçirilmişdir. CaspiLog 2 Tətbiqi Sistemlərin Analizi üzrə Beynəlxalq İnstitutun (İİASA) Beynəlxalq Danışıqlar Prosesi (PİN) Proqramı, Xəzər Gələcək Naminə Tərəfdaşlıq İctimai Birliyi (CPF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (ACSDA) tərəfindən birgə təşkil edilmişdir. Avropadan, Birləşmiş Ştatlardan və Kanadadan, keçmiş Sovet ölkələrindən gələn diplomatlar, siyasətçilər və alimlər konfransa qatılmışlar. Konfransın gedişində Xəzər dənizi ilə bağlı olan mühüm məsələlər, məsələn Xəzər dənizinin statusu, təhlükəsizlik və ekologiya məsələləri müzakirə edilmişdir. Müzakirələr sırasında Avropa ölkələri, ABŞ və Kanadanın Xəzəryanı ölkələrlə əməkdaşlıq (siyasi və iqtisadi) problemləri də araşdırılmışdır. Ümumilikdə 20-yə yaxın xarici iştirakçı konfransa qatılmışdır. Azərbaycanı 20 nümayəndə təmsil edirdi – əsasən professorlar, QHT nümayəndələri və tələbələr. Üç gün ərzində yuxarıda göstərilən məsələlər dialoq formasında müzakirə olunmuşdur.