“Bu Gün və Sabah. Azərbaycan gündəmdə ” sosial – siyasi jurnal

Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb
Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib
AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir

AVCIYA-nın fikrincə Azərbaycanda islahatların səviyyəsi, eləcə də, demokratikləşmə və cəmiyyətin inkişafı elmin, xüsusilə də ictimai elmin inkişafından asılıdır. Buna görə də Assosiasiya vətəndaş cəmiyyətinin problemlərinə, eləcə də dünya siyasətinə və elminə həsr olunmuş aylıq ictimai-siyasi jurnal olan “Bugün və sabah. Azərbaycan gündəmdə” jurnalının nəşrinə başlayıb. Jurnal 2 azərbaycan və ingilis dillərində nəşr olunur. Jurnal aşağıdakı bölmələrdən ibarətdir: “analitika”, “mədəniyyətlərin dialoqu”, “siyasət”, “geosiyasət”, “vətəndaş cəmiyyəti” və “elmdə layihələr”. Gələcəkdə yeni başlıqların yaradılacağına baxmayaraq, çox şey məqalələrin mövzusundan asılı olacaq. AVCİYA və “Bugün və sabah. Azərbaycan gündəmdə” jurnalının redaksiya heyəti alimləri və QHT nümayəndələrini nəşrin səhifələri üzərində elmi və ictimai əməkdaşlığa dəvət edir. Jurnalın elektron variantı: www.todayandtomorrow.az