“11 sentyabr terroru: gəlin birlikdə düşünək” mövzusunda Dəyirmi Masa

AVCİYA Xaçmazda şimal regionu müşahidəçiləri üçün treninq keçirdi
AVCİYA prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir
AVCİYA növbəti tədbirləri Qarabağ regionunda keçirdi

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVSİYA) “11 sentyabr terroru”: gəlin birlikdə düşünək” mövzusunda dəyirmi masa keçirdi. Bildiyimiz kimi, 2001-ci il sentyabrın 11- də Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda, dünya ticarət evinin göydələnlərində baş vermiş terror hadisələri bütün dünyanı sarsıtdı. Bəşər tarixinin ən qanlı olaylarından biri hesab edilən 11 sentyabr hadisələri bütövlüklə insanların terrora və terrorizmə münasibətini dəyişdi. Məlum oldu ki, terror hər hansı məqsədə çatmaq üçün vasitə deyil, sadəcə insanları qorxu içərisində yaşamağa məcbur etmək, çaxnaşma yaratmaq, onlara psixoloji təsir göstərmək, gərginlik yaratmaq, adamları daim psixoloji pressinqdə saxlamaq üçün antibəşəri bir metoddur. Məhz buna görə də 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrora qarşı mübarizə aparan qüvvələr bir araya gələrək Antiterror Koalisiyası yaratdılar ki, dəfələrlə erməni terrorunun hədəfinə tuş gəlmiş, həmin terrorun hədəfində olan Azərbaycan da bu koalisiyaya qoşulub. Bu gün terroru durdurmaq, onun qarşısını almaq bəşəriyyəti düşündürən mühüm məsələlərdəndir. Sözsüz ki, xalqımız da mənfur erməni terrorunun acısını dadmışdır. Erməni terrorçularının Xocalı şəhərində törətdikləri soyqırım nəticəsində yüzlərcə həmvətənimizin vəhşicəsinə qətlə yetirilməsi bütün dünyaya məlumdur. Odur ki, biz gələcəyə-terrorsuz və dinc dünyaya nail olmaq üçün mütləq tarixə boylanmalı, insanlığa asi qəsilmiş terrorizmi və onun qurbanlarını xatırlamalı, onu durdurmaq üçün səsimizi ucaltmalı və son olaraq hərəkətə gəlməliyik. 20-dən artıq qeyri-hökumət təşkilatını özündə birləşdirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bu cür antibəşəri terror aktlarını pisləyir və bütün QHT sektorunda çalışanları məhz bu cür hadisələrin qarşısının alınması və gələcəkdə baş verməməsi üçün birlikdə mübarizəyə səsləyir.

Tədbirin sonunda terror hadisələrini əks etdirən və AVCİYA-nın istehsalı olan 5 dəqiqəlik qısametrajlı film göstərilib.