Xocalı faciəsi -2006-2007

“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf”
AVCİYA Şirvan bölgəsində də seçki hazırlıqlarını yekunlaşdırdı
AVCİYA-nın müşahidəçiləri səsverməni izləməkdə problemlə üzləşiblər

1992-ci ilin fevralın 26-da erməni quldurları keçmiş SSRİ-nin 366-cı alayının əsgər və zabitlərinin köməyi ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı divan tutdular. Yaşından və cinsindən asılı olmayaraq yüzlərlə insan məhv edildi. Erməni vəhşiləri qadınlara, uşaqlara, qocalara belə rəhm etmədilər. Bu quldurlardan qaçaraq canını qurtarmış insanların bir qismi Ağdama gedən yolda soyuqdan donub tələf oldular. Xocalı hadisələri Qarabağ münaqişəsinin alovunun daha da artmasına, Azərbaycan xalqında erməni quldurlarına qarşı nifrətin daha da güclənməsinə səbəb oldu.

2006-cı ili “Qarabağ İli” elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bu istiqamətdə Xocalı Soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaq üçün genişmiqyaslı kampaniyaya başladı. Kampaniya çərçivəsində Assosiasiya bütün Azərbaycanda, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlıların imzasını toplamağa başladı. Nəticədə 2007 -ci ilədək 1000 000 (bir milyon) Azərbaycan Respublikası vətəndaşların imzası toplanıldı. İmzaların tam şəkildə 16 kitabda toplanıldı. Bu imzalar və Xocalı hadisələri barədə toplanan bütün materiallar – sənədlər və video görüntülər dünya ölkələrinin parlamentlərinə, müvafiq beynəlxalq təşkilatlara göndərildi. Bu təşkilatlar qarşısında Xocalı hadisələrinin rəsmən soyqırım kimi qiymətləndirilməsi tələbi qoyuldu. AVCİYA-nin fəaliyyətinin nəticəsi kimi Azərbaycan Respublikasının Milli Məcli Xocalı soyqırımının dünyada tanıdılması və Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradıldı.

Eyni zamanda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2007-ci ildə – Xocalı faciəsinin 15 illiyi münasibətilə Bakıda Xocalı soyqırımı qurbanlarına həsr edilmiş memorial kompleksinin ucaldılması niyyəti ilə çıxış etdi.

2006-ci ildə həyata keçirilən layihənin tərkib hissəsi olan “Xocalı Soyqırımı 1992” kitabı 3 dildə nəşri və az müddət ərzində dünya ölkələrində yayımın təşkil olundu. Bu unikal sənədlər toplusundan 10 minə yaxın nüsxə çap edilib və dünyanın nüfuzlu universitetləri və kitabxanaları, dünya ölkələri parlamentləri, xaricdə yaşayan azərbaycanlıların diaspora mərkəzlərinə paylanıldı. May ayında «Xocalı soyqırımı -1992» kitabının «Bakinets» Beynəlxalq Mədəniyyət Cəmiyyətinin təsis etdiyi «Humay» mükafatına layiq görüldü.

Aprel ayının 8-dən etibarən AVCİYA üzvləri olan Qaçqınların Hüquqlarının Müdafiəsi Mərkəzi (sədr Tatyana Çaladze) və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi (sədr Nadir Abdullayev) ilə birlikdə Qarabağ münaqişəsinə aid 85 cildə yaxın unikal arxiv sənədlərinin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsi istiqamətində işə başlanıldı. Qarabağ müharibəsinin iştirakçısı olmuş tanınmış latviyalı jurnalist Tatyana Çaladze tərəfindən 4 il ərzində toplanan bu sənədlərin skaner vasitəsilə elektron versiyasının hazırlanması və ingilis dilinə tərcümə edilməsi prosesi həyata keçirildi. Bu sənədlər mərhələlərlə Beynəlxalq Cinayət Məhkəməsinə göndərildi.

2007-ci ildə Xocalı faciəsinin 15 illiyinə həsr edilən «Xocalı soyqırımı: milyon imza – bir tələb» adlı elmi-publisistik, tarixi kitab nəşr olundu. Bu, kitabda təkcə 1992-cı ilin 26 fevralında baş vermiş Xocalı soyqırımı və bu soyqırımla bağlı tarixi fakt və hüquqi sənədlər deyil, həmçinin uydurma Qarabağ probleminin tarixi kökləri, erməni millətçilərinin ötən əsrin əvvəllərində Azərbaycanın bir neçə bölgəsində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, erməni terror təşkilatları, onların Azərbaycan, habelə dünya ölkələri ərazilərində törətdikləri terror aktları və s. bu kimi materiallar daxil edilmişdir. Bu kitabın təqdimat mərasimi dünyanın müxtəlif ölkələrində – fevralın 26-da Haaqada, mart ayında isə Sankt-Peterburqda, İstanbulda, daha sonra isə ABŞ, Almaniya, Belçika, Fransa, Sloveniya, Bolqarıstan və başqa ölkələrdə keçirilmişdir. Xarici ölkələrdə fəaliyyət göstərən AVCİYA-nın partnyor təşkilatlarının köməyi ilə Xocalı faciəsinin xarici ölkə parlamentlərində müzakirəsini təşkil etmək üçün səy göstərilmişdir.

Nəhayət Xocalı soyqırımı 15 illiyinə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 23 – də “Xocalı soyqırımı: uşaqlara, qadınlara, ahıllara qarşı erməni amansızlığı” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbirdə Xocalı hadisələri zamanı uşaq, qadın, ahıl vətəndaşlarımızın ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilməsi faktları açıqlanmışdır.