Xaricdə oxuyanların işlə təmin olunması problemi müzakirə edilib

AVCİYA seçki hazırlığına 2010 – cu ilin mart ayından başlayıb
«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»
AVCİYA məktəb və valideyn əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində layihə icra edir

AVCİYA-nın (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) və AKTAM (Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı)təşkilatçılığı ilə “Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri” mövzusunda dəyirmi masa keçirildi.

Xaricdə təhsil alan azərbaycanlıların işlə təmin olunma problemləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə də diqqət çəkən problemlərdən olub. Həmin dövrdə Xalq Cümhuriyyətinin parlamenti tərəfindən 100 abituriyentin xaricə oxumağa göndərilməsi haqqında qərar qəbul edilib. Həmin vaxt təhsil almaq üçün xaricə göndərilənlər sovet Azərbaycanına dönərkən tamamilə başqa vəziyyətlə qarşılaşıblar. Xaricdə təhsil alan mütəxəssislər çalışdıqları sahədə böyük uğurlar qazanırdılar: zavod direktorları, neft və mədən rəhbərləri, rəhbər işçilər olurdular. Lakin onların çoxu 30-cu illərdə DTK tərəfindən “alman casusları” və Azərbaycanın müstəqilliyini bərpa etməyin tərəfdarları kimi həbs ediliblər.

Ötən əsrin 70-ci illərində də bu prosesin bir qədər sürətləndirilib. Statistikaya görə, əgər 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, həmin onilliyin sonunda bu göstərici ildə 700-900 nəfər, 80-cı illərin əvvəlində isə ildə 1000-1400 nəfərə qədər olub. Respublikamız müstəqillik qazandıqdan sonra da xaricdə kadr hazırlığı davam etdirilir. Bu gün xaricdə təhsil həm dövlət xətti ilə, həm müxtəlif fondların, beynəlxalq təşkilatların dəstəyi ilə həm də valideynlərin şəxsi vəsaitləri hesabına həyata keçirilir. Bu gün dövlət xətti ilə ən çox tələbə Türkiyədə və Rusiya təhsil alır. Araşdırmalar göstərir ki, bu gənclər təhsil aldıqdan sonra respublikamıza qayıdarkən iş problemi ilə üzləşirlər. Adətən, müxtəlif xətlərlə (dövlət, və ya qeyri-dövlət) xaricdə hazırlanmış mütəxəssislər barəsində məlumatlar dövlət və özəl təşkilatlara çatdırılmır.

Məs bu səbəbdən AVCİYA AKTAM təşkilatı ilə birgə “Xaricdə təhsil alaraq respublikamıza qayıtmış mütəxəssislərin məlumat-informasiya bazasının yaradılması” layihəsinin icrasına başlandı. Layihənin həyata keçirilməsində məqsəd sözügedən mütəxəssislər barədə lazımi məlumatları toplayaraq dövlət və qeyri-dövlət təşkilatlarına çatdırmaq idi.