ANAMA vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb

Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib
Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşərək xəsarət alan Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

∙ Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

∙ Yalnız gündəlik işlək yollardan istifadə edin!

∙ Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

∙ Naməlum əşyalara toxunmayın!

∙ Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

AZƏRTAC