ANAMA vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb

Dünya şöhrətli bakılı fizik Lev Landaunun anadan olmasının 110 ili tamam olur
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib
Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü olub

Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşərək xəsarət alan Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

∙ Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

∙ Yalnız gündəlik işlək yollardan istifadə edin!

∙ Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

∙ Naməlum əşyalara toxunmayın!

∙ Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

AZƏRTAC