Rio-de-Janeyro 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib

Avropa Şurasının Nazirlər Komitəsi dekabrda “Çıraqovlar Ermənistana qarşı” işi üzrə növbəti müzakirələr keçirəcək
Prezident İlham Əliyev Qubada Gənclər Parkında yaradılan şəraitlə tanış olub
Azərbaycan tərəfi Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

UNESCO-nun qərarı ilə Braziliyanın Rio-de-Janeyro şəhəri 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, cari ildə Qananın paytaxtı Akkra, 2024-cü ildə isə Fransanın Strasburq şəhərləri Dünya Kitab paytaxtları elan edilib. UNESCO hesab edir ki, 2001-ci ildən bəri elan edilən bu kampaniyanın əsas məqsədi həmin şəhərlərdə və ölkələrdə bütün yaş qruplarından olan insanlar arasında mütaliənin təşviqi, kitab sərgilərinin və müəlliflərlə görüşlərin təşkilidir. Təşkilatın Dünya Kitab Paytaxtı Məsləhət Komitəsinə Avropa və Beynəlxalq Kitab Satıcıları Federasiyası (EIBF), Beynəlxalq Müəlliflər Forumu (IAF), Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (IFLA), Beynəlxalq Nəşriyyatçılar Assosiasiyası (IPA) daxildir.

UNESCO-nun Baş direktoru Odri Azulay bununla bağlı bəyanatında qeyd edib: “Kitablar dünya miqyasında təhsil, elm, mədəniyyət və informasiya aləminə daxil olmaq, bilikləri paylaşmaq və təbliğ etmək üçün mühüm vasitədir. Onların sayəsində biz özümüzü məlumatlandır, əyləndirir və dünyamızı daha yaxşı dərk edə bilirik. Buna görə də UNESCO hər il bir şəhəri Dünya Kitab Paytaxtı elan edir. 2023-cü ildə Akkra və 2024-cü ildə Strasburqdan sonra Rio-de-Janeyronun 2025-ci il üçün Dünya Kitab Paytaxtı elan edilməsindən məmnunam”.

AZƏRTAC