Tarix Muzeyində “Şərq qadını” jurnalının ilk nüsxəsi qorunur

Elxan Süleymanov: “Yeni ensiklopediyamızı Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik”
İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcəklər

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda “Şərq qadını” jurnalının 100 il bundan öncə işıq üzü görmüş ilk nüsxəsi qorunur. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Jurnalın ilk nömrəsi 1923-cü il noyabrın 30-da Bakıda nəşr olunub. Azərbaycanın maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, ictimai xadim Mədinə Qiyasbəyli “Şərq qadını” jurnalının təsisçilərindən biri olub və savadsızlığa qarşı mübarizə aparıb. Qeyd edilən nəşr Azərbaycanda, eyni zamanda, bütün Şərqdə qadın azadlığı uğrunda mübarizə aparan, müvafiq istiqamətdə ideyalar yayan ilk qadın jurnalı olub. Jurnalın 10-cu nüsxəsi muzeyin kitabxanasının “Nadir kitablar” fondunda yer alıb.

AZƏRTAC