IRENA-nın baş direktoru: COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün həlledici mərhələdir

Nyu-Yorkda BMT Baş Assambleyasının ümumi siyasi diskussiyaları keçirilib
Leyla Abdullayeva : Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz
Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin gücləndirilməsi üçün həlledici mərhələdir.

AZƏRTAC “SolarQuarter”ə istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən IRENA Şurasının 28-ci Toplantısında bildirib.

Onun sözlərinə görə, COP29 əməkdaşlıq və əhəmiyyətli nəticələr əldə etmək üçün dövlətlərin son şansıdır.

“2030-cu ilə qədər bərpaolunan enerjiyə 31,5 trilyon dollar həcmində investisiya qoyulmasına, şəbəkənin təkmilləşdirilməsinə, dayanıqlılıq tədbirlərinə və enerji səmərəliliyinə təcili ehtiyac var. Bərpaolunan enerji investisiyaları isə 2023-cü illə müqayisədə üç dəfə artırılmalıdır”, – deyə o bildirib.

Françesko La Kamera ölkələri COP29-dan iqlim maliyyələşməsinin artırılması və qlobal enerji keçidinin irəliləyişində səyləri birləşdirmək üçün platforma kimi istifadə etməyə çağırıb. O, həmçinin COP29-un uğurlarına əsaslanaraq xalis sıfır emissiyaya nail olmaq və iqlim dəyişikliyi ilə bağlı təcili problemlərin həlli istiqamətində qlobal səylərdə daha bir mərhələyə çatmaq məqsədilə COP30-a ev sahibliyi edəcək Braziliya ilə əməkdaşlığa başladıqlarını əlavə edib.

AZƏRTAC