Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə növbəti köç karvanı yola salınıb

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb
Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib
Qubadlıda televiziya və radio yayımı bərpa edilib

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə – 141 nəfər, Heyvalı kəndinə 17 ailə – 84 nəfər, Çapar kəndinə 7 ailə – 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə – 46 nəfər köçürülür.

AZƏRTAC