Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb
Müdafiə Nazirliyi: Döyüşlərdə Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub

Qlobal miqyasda su axını hövzələrində heç vaxt bu qədər quraqlıq hiss olunmayıb. Ötən ilin göstəricisindən belə qənaətə gəlmək olar ki, dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil, bu bir faktdır.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi – Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində “İqlim üçün Su: Su Həllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim Əlaqəliliyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

“Ötən il Yer kürəsinin təxminən yarısında su axını orta həddən aşağı və yaxud çox aşağı olub. Son il yarımdır ki, hər ay temperatur rekordu təzələnib. Planetdə əvvəllər heç vaxt bu qədər isti olmayıb. Atmosferdəki bu istilik çayları qurudur. Həmçinin okeanlarda da rekord temperatura şahid olduq. Okeanlarda və atmosferdə yüksək temperatur daha çox ekstremal yağışlara səbəb olub. Beləliklə, biz çox şiddətli daşqınlarla xarakterizə olunan bir il yaşadıq. Bunun nəticəsində bəzi yerlərdə sel və daşqın problemləri yaşandı. İnsanlar bir tərəfdən susuz, o biri tərəfdən isə suyun yaratdığı faciələrlə üz-üzə qaldı”, – deyə Stefan Ahlenbruk qeyd edib.

AZƏRTAC