Türkiyənin Kommunikasiya İdarəsi: BƏƏ-dəki hər yerin bizim üçün legitim hədəf olacağı iddiaları yalandır

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
Mövlud Çavuşoğlu: “Ukrayna və Rusiya nümayəndələrinin görüşündə müəyyən razılıqlar əldə olundu”
Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana hücum edəcəyi təqdirdə BƏƏ-dəki hər yerin Türkiyə üçün legitim hədəf olacağı barədə sosial mediada yayılan iddialar həqiqəti əks etdirmir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X” sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin rəsmi qurumları tərəfindən bu istiqamətdə hər hansısa açıqlama və ya qiymətləndirmə verilməyib:

“Türkiyə regional gərginliyin artmasına deyil, diplomatiya, dialoq və beynəlxalq hüquq əsasında sülh və sabitliyin qorunmasını dəstəkləyən mövqe və siyasət yürüdür”.

Report