Azərbaycan AQEM-in Baş Assambleyasını keçirməyi planlaşdırır

Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışı olub
Elxan Süleymanov: “Hazırladığımız ensiklopediya “Heydər Əliyev ili”ndə onun xatirəsinə həsr ediləcək”
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti onlayn iclası keçirilib

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş Assambleyasını keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan AQEM-ə sədrliyi dövründə əvvəlki təcrübələrindən yararlanaraq liderliyini nümayiş etdirib:

“Təşkilat Azərbaycanın səyləri və üzv dövlətlərin dəstəyi ilə cəmi bir il ərzində özünün institusional inkişafı istiqamətində zəruri addımları atmağa və regionda etimadı artırmağa nail olub. Bu inkişafı göstərmək üçün üzv dövlətlərin yekdil dəstəyini qazanan AQEM-in Qadınlar Şurasının yaradılması üzrə tərəfdaşlıq təşəbbüsünü xüsusilə vurğulaya bilərik. Eyni zamanda, AQEM-in Maliyyə Sammitini təsis etmişik. Hər iki qurum gələcəkdə də təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Bütün bunlar göstərir ki, Azərbaycan sədrlik çərçivəsində öz iddialı məqsədlərinə nail olub”.

Report