2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi proqnozlaşdırılır – Əli Əsədov

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Şamaxıda seminar keçirdi
Vətən müharibəsinin xronikası: 13 oktyabr
Gənclər və idman naziri UNESCO-nun komitə sədri seçilib

2026-cı ildə icmal büdcənin gəlirləri təqribən 45 milyard manat, xərcləri isə 48,8 milyard manat proqnoz olunur. İcmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 2,9 faizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, makroiqtisadi proqnozlara əsasən, 2026-cı ildə qeyri-neft sektoru üzrə ÜDM-in 5 faizlik real artım tempi proqnozlaşdırılır. Neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artımla proqnoz olunur.

“Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə – 2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil edirdisə (2025- 72 faiz), bu nisbət 2029-cu ildə 80 faizi üstələyəcək”, – deyə o əlavə edib.

AZƏRTAC