Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb 
Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib

Bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırımızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə olmaqla, 55 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb.

AZƏRTAC